Dünən qadın voleybolçular arasında ölkə çempionatında 7-ci turun oyunları keçirilib. Dərnəgül Voleybol Mərkəzində baş tutan ilk görüşdə Eldar Yusubovun komandası Vüqar Əliyevin yetirmələrini darmadağın edib. Ölkə çempionu isə Adnan Kistakın başçılıq etdiyi kollektivdən güclü olub. Debütantdan flaqmandan bir set ala bilib: Abşeron – Lokomotiv 3:0 (25:11, 25:10, 25:17), Azərreyl – AVF 3:1 (25:21, 21:25, 25:16, 25:21).
1. Azərreyl 7 7 0 21-2 21
2. Abşeron 7 5 2 16-6 15
3. AVF 7 2 5 7-15 6
4. Lokomotiv 7 0 7 0-21 0
Bu arada martın 16-17-də Dərnəgül Voleybol Mərkəzində “Novruz kuboku” keçiriləcək. Çempionatımızın dörd iştirakçısının qatılacağı yarışın reqlamenti yaxın günlərdə açıqlanacaq.