İordaniyalı məşhur karikaturaçı Omar Momani yeni əl işini Azərbaycan yığmasına həsr edib. Yeni karikatura “Niyə də yox?! Şüarı yaxşı idi, ancaq Azərbaycan yığmasının Millətlər Liqasının oyunları üçün devizi nə olacaq” adlanır.
Karikaturada Millətlər Liqasında Malta, Farer adaları və Kosovo ilə oyunları gözləyən yığmamızın oyunçuları – Ramil Şeydayev, Qara Qarayev və Dmitri Nazarov təsvir olunub.