Martın 5-də AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İB-nın təşkilatçılığı ilə idman jurnalistləri arasında 2-ci “Media turniri”nə start verildi. İlk yarış günündə B qrupunda 2 oyun keçirildi. Turnirin açılış matçında “CBC Sport” çətinliklə də olsa, “Armada”ya qalib gəldi – 2:1. Növbəti görüşdə isə “Bakı” “Prosport”dan güclü oldu – 6:3.
Dünən A qrupunun qarşılaşmaları keçirildi. “Futbol+” ilk oyunda “İdman Azərbaycan”la münasibətləri aydınlaşdırdı. Hesabı komandamız açdı. Kənan Həsənov fərqləndi. Ancaq komandalar fasiləyə yollananda hesabda tarazlıq vardı. “Futbol+” bu matçda daha 3 qol vurdu. Əli Raufoğlu het-trikə imza atdı. Ancaq təəssüf ki, televiziyadan olan həmkarlarımız bir çox hallarda fərdi səhvlərimiz nəticəsində 6 qol vurdu. Beləliklə, ilk qarşılaşmada “İdman Azərbaycan”a 4:6 hesabıyla uduzduq. Ancaq komandamızın sərgilədiyi oyun növbəti görüşlər üçün ümid verdi. Növbəti oyunda isə “XL Marafon” çətinlik çəkmədən “Gənclərbirliyi”ni darmadağın etdi – 12:0.
2-ci turun təqvimi: 12 mart – 20.00 Armada – Bakı, 21.00 İnternasional – CBC Sport; 14 mart – 20.00 Futbol+ - Gənclərbirliyi, 21.00 MX United – İdman Azərbaycan.
SƏRXAN