“Şəhriyar özünü hamıdan üstün tutmamalıdı”
Şəhriyar Məmmədyarovun Rusiyanın paytaxtı Moskvada keçirilən Mixail Talın xatirə turnirində gümüş medal qazandığını xəbər vermişdik. Həmyerlimiz ikinci yerə görə 20 min dollar qazanıb. Turnirin qalibi Anand isə büdcəsinə 25 min dollar daxil edib.
Bu arada tanınmış şahmat mütəxəssisi Sergey Şipov Məmmədyarovun rapid turnirindəki çıxışını belə şərh edib: “Şəhriyar turnirin əvvəlindən liderliyi ələ keçirdi. Ancaq Daniil Dubova məğlubiyyət onu geri saldı. Daniil ilə oyunun debütündə çox ciddi səhvə yol verdi. Bu, çox üzücü və təsirli məğlubiyyət idi. Şahmat tanrısı bir daha göstərdi ki, Şəhriyar özünü hamıdan üstün tutmamalıdı. Konsentrasiyanı heç vaxt itirməməli və rəqiblərin də güclü olduğunu unutmamalısan. Berlində isə bu məqamı heç vaxt unutmayacaq”.