• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İdmanla məşğul olan uşaqlar mübariz ruhda tərbiyə alırlar” – LAYİHƏ

Layihə / Manşet

14-04-2024, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Yenidən nəzərlərimizi cənub bölgəsinə, daha doğrusu, Lənkərana yönəltmişik. Müsahibimiz taekvondonun sirlərini lənkəranlı uşaqlara öyrədən gənc mütəxəssis Samir Cavadlıdı.

- Samir bəy, ilk sualda sizi oxuculara daha yaxından tanıtmaq istərdik. İdmanda ilk addımlarınızı harda, hansı məşqçinin rəhbərliyi altında atdız?
- Mən 1991-ci ilin noyabrında Lənkəran şəhərində dünyaya göz açmışam. Orda məktəbi bitirəndən sonra təhsilimi Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etdirmişəm. Vətən qarşısında hərbi borcumu yerinə yetirəndən sonra Lənkəran şəhərində Uşaq və Gəncələrin İdman Şahmat Məktəbində məşqçi-müəllim kimi çalışıram, uşaqlara bu idman növünün sirlərini öyrədirəm. İstəyirəm ki, Azərbaycan idmanı üçün istedadları üzə çıxarım, vətənimizi uğurla təmsil edəcək idmançılar hazırlayım. Özümün taekvondoya gəlişim isə 2000-ci ilə təsadüf edir. Məşqçi Vüqar Sultanovun rəhbərliyi altında taekvondo ilə məşğul olmağa başlamışam. 2003-cü ilin mayında 1-ci Dan, 2006-cı ilin iyun ayında 2-ci Dan, 2018-ci ilin sentyabrında isə 3-cü Dan qara kəmərə layiq görülmüşəm. İlk uğurumu 2007-ci ildə 45 kq çəki dərəcəsində qazandım. Gənclər arasında respublika çempionu olmağı bacardım. Elə həmin ilin iyununda Türkiyənin Trabzon şəhərində keçirilən Qaradəniz oyunlarında eyni çəkidə ikinci yerə layiq görüldüm. Oktyabrda isə Bakıda keçirilən Avropa birinciliyinin iştirakçısı oldum. 2010-cu ildə böyüklər arasında keçirilən Azərbaycan çempionatında 58 kq çəki dərəcəsində 3-cü yeri tutdum. Bir il sonra eyni uğuru təkrarladım. Həmin il İranda keçirilən beynəlxalq tunirdə də qazancım bürünc medal oldu. 2013-cü ildə respublika çempionatında 58 kq çəki dərəcəsində gümüş medal qazandım. Rusiyada keçirilən açıq turnirdə də ikinci oldum. Nəhayət, 2014-cü ildə respublika çempionatında qızıl medal qazandım. Həmin il Misirdə keçirilən açıq beynəlxalq turnirdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. 2014-cü ilin mayında Bakıda keçirilən Avropa çempionatının da iştirakçıları arasında olmuşam.

“İdmanla məşğul olan uşaqlar mübariz ruhda tərbiyə alırlar”


- Niyə məhz taekvondonu seçdiz? Bu idman növünü sizə sevdirən nə oldu? Taekvondo sizin üçün başqa fərdi idman növlərindən nə ilə fərqlənir?
- Taekvondonu seçməyim heç də səbəbsiz deyil. İlk növbədə məşqçi amilini qeyd edərdim. Taekvondonu mənə sevdirən məşqçim Vüqar Sultanovdu. 3-4 yaşlarımdan məndə taekvondoya xüsusi sevgi yaratmışdı. Bu idman növü məni özünə ona görə cəlb edib ki, taekvondoda ayaq zərbələrinə daha çox üstünlük verilir. Həm də taekvondo olimpiya idman növləri sırasına daxildi. Bir daha vurğulayıram ki, əsas məqam Vüqar müəllimin yaratdığı sevgidi. Məhz onun sayəsində həyatımı taekvondoya bağlamışam, bu gün də məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Taekvondo başqa idman növlərindən daha aktiv, hərəkətli olmasıyla da fərqlənir. Bu idman növündə elastiklik keyfiyyətinə daha çox üstünlük verilir. Uşaq yaşlarından taekvondo ilə məşğul olanlar tez inkişaf edir, onların boyu sürətlə artır.



- Lənkəranlı gənclərin və yeniyetmələrin idmana yanaşması, məşqlərdəki iştirakı sizi qane edirmi?
- Açığı, tam qane etmir. İndiki uşaqlar daha çox sosial şəbəkələrə, telefona meyl edir. Təkcə Lənkəranda yox, hər yerdə belədi. Təbii ki, ürəkdən idmana bağlı olanlar da var. Uşaq yaşlarından telefona bağlı olanlar məşqlərə başladığı zaman görürsən ki, onurğa sütununda əyrilik var. Düşünürsən ki, uşağın belində bu qədər əyrilik varsa, gənc yaşlarına çatanda hansı səviyyəyə çatacaq?! Bu gün valideynlərə tövsiyə edərdim ki, uşaqlarını erkən yaşlardan idmana cəlb etsinlər. Qoy uşaqlar fəal həyat tərzi yaşasınlar. Uşaqlar erkən yaşlarda passivləşsə, gələcəkdə də passiv həyat yaşamaq istəyəcəklər. Hansısa işin qulpundan yapışmaq, peşə sahibi olmaq istəməyəcəklər. Bu da gəncləri uçuruma aparır. Amma idmanla məşğul olsalar, gələcəkdə dünya və olimpiya çempionu olmasalar belə, yaxşı bir şəxsiyyət ola bilərlər. Xoş o valideynlərin halına ki, onların övladları idmanla məşğul olur, Azərbaycan bayrağını yüksəltmək üçün zəhmət çəkir. Həmçinin idmanla məşğul olan uşaqlar mübariz ruhda tərbiyə alırlar. Biz məşqçilər də çalışırıq ki, uşaqlarla bu mövzuda söhbətlər aparaq, onları belə tərbiyə edək. Gənclərlə psixoloji söhbətlər aparırıq ki, onlar gələcəkdə yaxşı, vətənpərvər şəxsiyyət kimi formalaşa bilsinlər.



- Bölgədə, xüsusən də Lənkəran kimi paytaxtdan xeyli uzaq yerdə bir məşqçi kimi hansı problemlərlə qarşılaşırsız?
- Keçmiş zamanlara baxanda indi, əlbəttə, idmana xüsusi diqqət və qayğı var. Biz məşqlərə təzə başlayanda məşqçimiz Vüqar Sultanovun çəkdiyi əziyyəti unutmamışam. İşıq, su, istilik sistemi olmayan zallarda məşq edirdik. İndi ölkə prezidenti cənab İlham Əliyevin idmana xüsusi qayğısı var. Olimpiya kompleksləri tikilir, yeni zallar açılır. Yüksək nəticə vermiş idmançılara həvəsləndirici pul mükafatları verilir, onlar mənzillə təmin olunur. Uşaq vaxtı bunu görənlərə həmin diqqət və qayğı stimul verir, onlar idmandan möhkəm yapışırlar. Yaxın günlərdə Vüqar müəllim idmanla məşğul olmaq istəyənlər üçün yeni bir idman zalının açılışını edəcək, orda möhtəşəm şərait qurulur. Güman edirəm ki, gələcəkdə həmin zallardan dünya, Avropa, olimpiya çempionları çıxacaq.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

11-02-2024, 23:0

Alı Ağayev: “Uşaqları pis vərdişlərdən qorumaqda idmanın rolu əvəzsizdi” – LAYİHƏ

Layihə / Manşet

14-01-2024, 23:0

“Açığı, indiki gənclərin həyat şəraiti, onların öz sağlamlıqlarına yanaşması məni narahat edir” – LAYİHƏ

İdman / Layihə / Manşet

3-09-2023, 23:0

Gədəbəydə taekvondoçu yetişdirən məşqçi: “Bizim dəstəyimiz Gədəbəydəki qızıl mədənlərindən və yardımsevər insanlardandı” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

10-12-2023, 23:0

“İlk addımlarımı “Xəzər Lənkəranda atdım, sonra isə “Neftçi”də oynadım” – LAYİHƏ

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

İdman / Layihə / Manşet

8-10-2023, 23:0

Əməkdar məşqçi Rizvan Səfərov: “Çətinliyi göz önünə alır, ona qalib gəlmək üçün çalışıram” - LAYİHƏ

Aktual
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
Son xəbərlər
  • Bu gün, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Bu gün, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Bu gün, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Bu gün, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Bu gün, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Bu gün, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Bu gün, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Bu gün, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Bu gün, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Bu gün, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Bu gün, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 238
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə