Sizin reklam burada

Turun oyunçusu

Title
Turun oyunçusu
Namiq Ələsgərov (Neftçi)
Premyer-liqanın 18-ci turunun maraqla gözlənilən oyunu Qəbələdə baş tutdu. “Neftçi” yerli komanda ilə prinsipial dueldən əzmkar qələbə ilə ayrıldı. “Ağ-qaralar”ın heyətində bir sıra futbolçular özünü yaxşı tərəfdən göstərdi. Onlardan biri və daha çox fərqlənəni Namiq Ələsgərov oldu. Komandasının ilk qolunda əməyi olan cinah yarımmüdafəçi qarşılaşmanı yüksək səviyyədə keçirdi, “Neftçi”nin irəlidə effektli olmasında böyük rol oynadı, matçboyu rəqib müdafiəçilərə çətin anlar yaşatdı. Bir sözlə, bu yaxınlarda ailə həyatı quran Ələsgərov “Qəbələ” ilə görüşdə hər kəsin ondan gözlədiyi oyunu sərgilədi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.