Sizin reklam burada

Nəbiyevdən növbəti qələbə

Title
Nəbiyevdən növbəti qələbə
“Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib. İdmançımız “Glory” seriyasından təşkil olunan yarışda gücünü sınayıb. O, Hollandiyanın Rotterdam şəhərində baş tutan “Glory51” turniri çərçivəsində kamerunlu Sedrik Doumbe ilə üz-üzə gəlib. Yarımorta çəki dərəcəsində gerçəkləşən 3 raundluq döyüşün qalibi hakimlərin rəyi ilə müəyyənləşib. Nəbiyev yekunda 2:1 hesabı ilə qalib gəlib. Bu, həmyerlimizin “Glory” seriyasında keçirdiyi 3-cü döyüşdə 3-cü qələbəsidi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.