
Şəhriyar Rusiyada ikinci oldu
Rusiyanın paytaxtı Moskvada keçirilən şahmat üzrə Mixail Talın xatirə turniri başa çatıb. 10 şahmatçının rapid üzrə mübarizəsində son 6 turun oyunları həftəsonu keçirilib. İlk yarış günündə liderliyi ələ keçirən Şəhriyar Məmmədyarov (2809) son 6 görüşdə qələbə qazana bilməyib. Həmyerlimiz Hikaru Nakamura (ABŞ, 2787), Sergey Karyakin (Rusiya, 2763), Aleksandr Qrişuk (Rusiya, 2767), Boris Gelfand (İsrail, 2695) və Yan Nepomnyaşi (Rusiya, 2751) ilə heç-heçə edib. Sumqayıtlı qrossmeyster yeganə məğlubiyyətini Daniil Dubovdan (Rusiya, 2701) alıb. Yekunda Məmmədyarov 5 xalla gümüş medal qazanıb. Vişvanatan Anand (Hindistan, 2776) 6 xalla çempionluq sevinci yaşayıbsa, Şəhriyarla eyni xal toplayan Karyakin əlavə göstəricilərə görə ilk “3-lüy”ü qapayıb.