70. Kəpəz (Gəncə) – Səbail 2:1 (1:1)
13. Sergey Litovçenko – 5,5
13. Şəhriyar Rəhimov (k) – 5,5
15. İqor Korotetski – 5,5
3. Dedimar Ferreyra – 3,5
(18. Tural Cəlilov, 46) – 5,5
4. Şəhriyar Əliyev – 5,5
16. Qiuli Mancqaladze – 5,5
20. Tərzin Cahangirov – 6,0
91. Dario Federiko – 5,5
8. Samir Zərgərov – 5,5
9. İlkin Sadıqov – 3,5
(7. Roman Hüseynov, 69) – 4,0
24. Şadon Vinçester – 5,5
(10. Tural Rzayev, 90+2) – qiymətsiz
Ehtiyat oyunçular
1. Davud Kərimi
55. Tərlan Qasımzadə
5. Tural Nərimanov
2. Yusif Cəfərov
11. Kamran Abdullazadə
6. Ceyhun Cavadzadə
12. İlyas Səfərzadə
21. Murad Səttarlı
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Tərzin Cahangirov
1. Emil Babayev – 5,0
3. Tamazi Tsetsxladze – 4,5
26. Kamal Qurbanov – 5,0
99. Maudo Jarjue – 4,5
15. Nikoloz Apakidze – 4,0
(5. Kərim Diniyev, 60) – 4,0
4. Rahil Məmmədov – 4,0
20. Eltun Yaqublu (k) – 4,0
7. Fəhmin Muradbəyli – 4,5
13. Faruk Miya – 4,0
(11. Elman Taqayev, 81) – qiymətsiz
29. Yevgeni Koçuk – 5,5
92. Vahid Orazsahedov – 4,0
(17. Vüqar Nadirov, 67) – 4,0
Ehtiyat oyunçular
25. Elxan Məmmədov
18. Aqşin Qurbanlı
23. Ayron Stati
88. Orxan Qurbanlı
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Yevgeni Koçuk
Qollar: D.Federiko, 23-p. (1:0). Y.Koçuk, 30 (1:1, V.Orazsahedov). T.Cahangirov, 49 (2:1).
Vərəqələr: R.Məmmədov, 22 (qeyri-idman hərəkəti). D.Ferreyra, 33 (qeyri-idman hərəkəti). D.Federiko, 43 (hakimin qərarına etiraz). Q.Mancqaladze, 48 (qeyri-idman hərəkəti). M.Jarjue, 68 (qeyri-idman hərəkəti). Y.Koçuk, 80 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir)
AFFA nümayəndəsi: Rauf Hüseynli (Bakı).
3 mart. Gəncə. Şəhər stadionu. 5332 tamaşaçı (24000 yerlik).
Birinci hissəyə 1, ikincci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Qış fasiləsindən sonra yenidən qurulan “Kəpəz”in bütün matçlarda məğlub olması bu oyundan öncə də gəncəli azarkeşlərdə bədbin təsəvvürlər formalaşdırmışdı. Bilet alıb stadiona gələn tərəfdarların böyük əksəriyyəti Yunis Hüseynovun rəhbərlik etdiyi komandanın uduzacağını düşünürdü. Ancaq 23-cü dəqiqədə Nizami yurdunun fanatlarının sevimlisi olan, “Gəncənin Neymarı” adını qazanan Dario penaltidən hesabı açanda gəncəli futbolsevərlərin komandanın qələbə qazanacağına ümidi artdı. Buna qədər isə “Kəpəz” sərgilədiyi oyunla azarkeşlərin alqışını qazanmışdı. Meydan sahibləri ilk dəqiqələrdən üstünlüyü ələ alaraq rəqibi müdafiəyə çəkilməyə məcbur etmidşi. Qoldan 4 dəqiqə sonra “sambaçı” növbəti dəfə diqqət mərkəzinə düşdü. Lakin onun təxminən 25 metrdən zərbəsi dirəyə dəyərək, kənara getdi. Ümumiyyətlə, Federiko “sarı-göylər”in heyətində ən yaxşılardan idi. O və Korotetski komandanın qələbə qazanması üçün əlindən gələni etdi. Braziliyalı texnikası və sürəti ilə seçilirdisə, ukraynalı müdafiəçi arxa xətdə soyuqqanlı hərəkətləri ilə tribunalara toplaşanların alqışını qazandı. Cahangirov isə yarımmüdafiədə ağıllı oyunu və əzmkarlığı ilə hamının rəğbətini qazandı. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda heç kimin gözləməyi halda 30-cü dəqiqədə qonaqların “status-kvo”nu bərpa etdi. Koçuk Vahidin ötürməsini dəqiq tamamladı.
İkinci hissə də qarşılıqlı hücumlarla başladı. Və məhz belə hücumların birində, daha dəqiq desək, 49-cu dəqiqədə Tərzinin uzaqdan zərbəsi komandasının hesabda önə çıxmasına səbəb oldu. Cahangirovun təxminən 22 metrdən zərbəsi Balayev üçün qarşısıalımaz idi. Matçın qalan dəqiqələrində hər iki komandanın fərqlənmək imkanı olsa da, hesab dəyişmdədi və “sarı-göylər” 2018-də ilk qələbəsini rəsmiləşdirdi. Onu da qeyd edək ki, “Kəpəz”in bu il ilk qolunun müəllifi Federiko oldu.
RƏŞAD