• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fanatlarımızın “Karaiskakis”də əla atmosfer yaradacaqlarına əminəm”

Dünya futbolu

3-04-2024, 18:0

Bir qədər stajlı futbolsevərlər, yəqin ki, Darko Kovaçeviçi gözəl xatırlayır.

"Football-plus.az" xəbər verir ki, “Srvena Zvezda”, “Yuventus”, “Latsio”, “Olimpiakos”da top qovmuş sabiq serbiyalı forvard ən çox “Real Sosyedad”da iz buraxıb və bu klubda iki fərqli dönəmdə (1996-99, 2001-07) ümumilikdə 107 qol vurub. Onun “Real Sosyedad”da xüsusilə Nihat Kahveci ilə dueti yaddaşlarda böyük iz buraxmışdı. 50 yaşlı Kovaçeviç 2010-cu ildən bəri “Olimpiakos”da müxtəlif vəzifələrdə çalışıb. Hazırda o, həm “Olimpiakos”da, həm də Serbiya yığmasında idman direktoru vəzifəsini icra edir. “Olimpiakos”, məlum olduğu kimi, “Fənərbaxça”nın Konfrans Liqasındakı növbəti rəqibidi. Bu üzdən türkiyəli həmkarlarımız Kovaçeviçlə söhbətləşmək qərarına gəlib.

- KL-də “Fənərbaxça” ilə qarşılaşacaqsız. Bu duellə bağlı düşüncələriniz necədi?
- Hər şeydən öncə çox maraqlı və qəribə oyunlar olacaq. “Fənərbaxça” həqiqətən çətin rəqibdi. Onların da oyun fəlsəfəsi bizimkinə bənzərdi. Biz “Olimpiakos” olaraq, hər oyunda meydana qələbə qazanmaq üçün çıxırıq. Təbii ki, hər iki oyunda hər iki klubun üzərində böyük təzyiq olacaq. Amma iki tərəfin də hücum potensialı güclüdü. Bu məqam hər iki oyunun baxımlılığını artıracaq.

- “Fənərbaxça”nın heyətində bir çox dünya ulduzu yer alır. Ümumiyyətlə, rəqibiniz haqda nə düşünürsüz?
- Bəli, “Fənərbaxça”nın heyətində dünya səviyyəli, təcrübəli futbolçular var. Tadiç ilə Ceko onların başında gəlir. Bu futbolçular bu tərz oyunlardakı atmosferi, matçların necə keçdiyini gözəl bilirlər. Onlardan başqa istanbulluların heyətində avrokuboklarda böyük təcrübəyə malik olan Batşuayi və Fred də yer alır. Bu cür futbolçulara sahib olan komanda təbii ki, sürətli oynamağa, topu mümkün qədər tez irəlidəki oyunçulara çatdırmağa çalışır. Bütün bu məqamları nəzərə alanda işimiz heç də asan olmayacaq.

- Həm yunanıstanlı, həm də türkiyəli fanatlar bənzər mədəniyyətə sahibdilər. Azarkeşlər haqda nə düşünürsüz?
- Bəli, eynilə Yunanıstanda və vətənim Serbiyada olduğu kimi, Türkiyədə də fanatlar klublarına böyük coşqu ilə dəstək verirlər. Balkan ölkələrində belə azarkeşlik mədəniyyəti çoxdan var. Amma hər şeyin bir sərhəddi, çərçivəsi olmalıdı. Bu, Trabzondakı son qarşılaşmada baş verən olayların yaşanmaması üçün çox vacibdi. Mən öz klublarına qəlbən və böyük coşqu ilə bağlı olan azarkeşləri sevirəm. Həm “Fənərbaxça”, həm də “Olimpiakos” məhz belə fanatlara sahibdi. Bizimkilərin “Fənərbaxça”ya qarşı ilk oyunda “Karaiskakis”də möhtəşəm atmosfer yaradacaqlarına əminəm. Bizə lazım olan dəstəyi verəcəklərinə inanıram.

- Yeri gəlmişkən, Türkiyə mətbuatında sizin aprelin 18-də İstanbulda baş tutmalı olan cavab oyununun başqa ölkədə keçirilməsi üçün UEFA-ya müraciət edəcəyinizlə bağlı şayiələr yayılıb. Bu həqiqətdimi?
- Meydanda xoşagəlməz olaylar zaman-zaman bir çox ölkələrdə olur. Amma bizim cavab oyununda təhlükəsizliyin yüksək səviyyədə təmin olunacağı ilə bağlı heç bir narahatlığımız yoxdu. Qısası, bu şayiələrin reallıqla heç bir əlaqəsi yoxdu. Uydurma xəbərlərdi. Cavab oyununu Türkiyədə keçirəcəyik.

- Daniel Podense Təl-Əviv “Makkabi”si ilə cavab oyununda sarı vərəqə alaraq cəzalı duruma düşdü. Onan yoxluğu komandanızın oyununa necə təsir edəcək?
- Podense “Olimpiakos” üçün çox mühüm futbolçudu və təəssüf ki, ilk oyunu buraxmalı olacaq. Amma heyətimiz genişdi və onun yerini tuta biləcək çox futbolçumuz var. Ona görə də bu durumun bizə ciddi problem yaradacağını düşünmürəm.

- Ümumiyyətlə, şansları necə qiymətləndirirsiz? Kimin mərhələni adlamaq şansı daha yüksəkdi?
- Təbii ki, bizi asan oyunlar gözləmədiyini bilirik. Komanda halında bunun fərqindəyik. Ona görə də özümüzü ən ciddi mübarizəyə hazırlayırıq. Mən həmişə belə cür məqamlarda poztiv düşünməyə çalışmışam. Özümüzə güvənirik. Hər iki oyunda da qalib gələrək KL-in yarımfinalına yüksəlməyi hədəfləmişik. Ümid edirəm ki, bu hədəfə çatacağıq.

- VAR sisteminin futbola gətirilməsinə rəğmən, hakim səhvləri bitmək bilmir. Yunanıstanda artıq neçə müddətdi çempionat oyunlarına əcnəbi hakimlər dəvət olunur. Bu qərardan sonra Yunanıstan futbolunda hakim səhvləri azalıbmı?
- Ümumiyyətlə, hakimlik mövzusu barədə çox danışmağı sevmirəm. Çalışıram ki, kənara çıxmayım və daim meydanın içində qalım. Yunanıstan Futbol Federasiyası bu cür məsləhət bildiyi üçün belə bir qərar qəbul etdi. Amma hakimlər hansı səviyyədə olmalarından asılı olmayaraq, həmişə öz üzərində işləməli, daha da inkişaf etməyə çalışmalıdılar.

- Ən böyük rəqibiniz “Panatinaikos”u Fatih Terim çalışdırır. Onun haqda nə düşünürsüz?
- Fatih Terim Türkiyə futbolunun və Avropanın əfsanəsidi. Çox uzun və uğurlu bir futbol keçmişinə sahibdi. Həmişə hörmətə layiq olan futbol mütəxəssislərindəndi. Elə mənim də onun kimi insanlara böyük hörmətim var.

- Türkiyə yığmasından “Olimpiakos”a hansısa futbolçunu transfer etmək fürsətiniz olsaydı, kimə üstünlük verərdiz?
- Türkiyə futbolunu hər zaman yaxından təqib edirəm. Türkiyədə istedadlar çoxdu. Birini seçmək məcburiyyətində qalsam, təbii ki, düşünmədən Arda Gülərə üstünlük verərəm. Çünki hələ çox gəncdi və qarşıda onu böyük gələcək gözləyir. Konkret hücumçulardan birini seçməli olsam, Enes Ünalın adını çəkərdim.

Paylaş:
Digər xəbərlər

İdman

28-03-2024, 18:0

“Fənərbaxça” pley-offa yaxındı, “Efes” isə...

İdman

6-11-2023, 18:0

“Fənərbaxça”dan çətin qələbə, “Efes” uduzdu

İdman

10-01-2024, 15:0

“Real”la “Efes” Avroliqanın yeni rekordunu müəyyənləşdirdi

İdman

13-02-2024, 13:0

“Efes” qələbə qazandı, “Fənərbaxça” isə uduzdu

İdman

13-03-2024, 23:0

“Fənərbaxça” “Real”ı səfərdə də məğlub etdi

İdman

2-02-2024, 20:0

“Fənərbaxça”dan növbəti qələbə

Aktual
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Son xəbərlər
  • Bu gün, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Bu gün, 21:51
    Dünya çempionu vəfat etdi
  • Bu gün, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Bu gün, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Bu gün, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Bu gün, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 80
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə