Dünən qadın voleybolçular arasında ölkə çempionatının 6-cı turunun oyunları keçirilib. Dərnəgül Voleybol Mərkəzində baş tutan görüşlərdə intriqa yaşanmayıb. Favoritlər “quru” hesablı qələbə qazanıb. “Azərreyl” çempionluq yolunda daha bir addım atıb. Çox güman, Famil Ağayevin komandası titulunu qoruyacaq. Çünki “Azərreyl” artıq ən yaxın izləyicisi ilə xal fərqini 6-ya çatdırıb.
AVF – Lokomotiv 3:0 (25:15, 25:13, 25:16), Azərreyl – Abşeron 3:0 (25:19, 25:16, 25:19)
1. Azərreyl 6 6 0 18-1 18
2. Abşeron 6 4 2 13-6 12
3. AVF 6 2 4 6-12 6
4. Lokomotiv 6 0 6 0-18 0
7-ci turun oyunları martın 9-da keçiriləcək: 15.00 AVF – Abşeron, 17.00 Azərreyl – Lokomotiv.