Aprelin 18-dən 28-dək Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun memorialı keçiriləcək. Beşinci dəfə baş tutacaq yarışın iştirakçıları müəyyənləşib. Dünyanın ən güclü şahmatçısı Maqnus Karlsen ikiillik fasilədən sonra “ŞəmkirChess” superturnirinə qatılacaq. İlk iki analoji yarışın iştirakçısı və qalibi olan norveçli dünya çempionu eyni uğuru təkrarlamağa çalışacaq. Ondan başqa Vladimir Kramnik, Sergey Karyakin (hər ikisi Rusiya), Aniş Giri (Hollandiya), Dinq Liren (Çin) və Veselin Topalov (Bolqarıstan) da ölkəmizə növbəti dəfə səfər edəcək. Ölkəmizi memorialda son iki analoji yarışın qalibi Şəhriyar Məmmədyarovla yanaşı, Teymur Rəcəbov və Rauf Məmmədov təmsil edəcək.