Klublar Komitəsinin yeni sədri kim olacaq?
“Qarabağ” qurumun işlək mexanizmə çevrilməsi üçün təkliflər hazırlayıb
Sonuncu dəfə Klublar Komitəsinin iclası dekabrın 13-də baş tutmuşdu. Məhz həmin iclasda yeni sədrin kimliyi ilə bağlı üzvlər arasında sorğu keçirilmiş, “Neftçi”nin prezidenti Orxan Hüseynzadə rəhbər seçilmişdi. Hüseynzadənin sədrliyi cəmi iki ay çəkdi. Daha doğrusu, adı var idi, dadı yox. Belə deyək, Orxan bəyin rəhbər olduğu dönəmdə komitənin iclası baş tutmadı. O isə artıq nə “Neftçi”dədi, nə də Klublar Komitəsində.
Hazırda sədr postu boş qalıb. Komitənin mətbuatla əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov qəzetimizə verdiyi açıqlamada növbəti iclasın martın 10-na qədər baş tutacağını və yeni sədrin kimliyinə məhz həmin görüşdə aydınlıq gələcəyini demişdi. Bizdə olan məlumata görə isə martın 7-də AFFA-nın Hesabat Konfransı keçiriləcəyindən, komitənin iclası ondan sonrakı həftə baş tutacaq. Lap dəqiq desək, martın 15-də. Bu öz yerində.
Bu gün üçün aktual sual yeni sədrin kim olacağıdı. Orxan Hüseynzadə “Neftçi”nin prezidenti qismində seçilmişdi. Amma işləyə, ideyalarını ortaya qoya bilmədi. Maraqlıdı, üzvlər növbəti rəhbər qismində yenə “Neftçi”nin prezidentini, bu dəfə Kamran Quliyevi görmək istəyir, yoxsa başqa sədr tapılmalıdı? Amma bir məqam da var ki, Quliyev vaxtilə komitə sədri olub. Səhv etmiriksə, o postda qalmaq istəməmişdi. İndiki məqamda Klublar Komitəsinin üzvləri nə düşünür? Kamran Quliyev, yoxsa başqası? Klub rəsmilərinin hamısı ilə danışmaq mümkün olmasa da, bir neçəsinin fikrini öyrənə bildik.
Asif Əsgərov (Qarabağ): “Komitəyə sədr seçiləndə hansı klubu təmsil etməsi əsas götürülmür. Yəni fərd olaraq seçilir. Ona görə də məsələyə “Neftçi”nin keçmiş və yeni prezidenti prizmasından yanaşmaq düzgün olmaz. Qarşıdakı iclasda müəyyən təkliflərimiz olacaq. Məsələn, yeni sədrin seçilməsi üsulu, komitənin daha da işlək mexanizmə çevrilməsi üçün ideyalarımız var ki, “Qarabağ” klubu olaraq onları təklif edəcəyik. Bütün bunları nəzərə alıb, indidən söz demək çətindi. Hər halda, iclasda müəyyən yeniliklərin olacağı gözlənilir”.
Fariz Nəcəfov (Qəbələ): “Komitədə kiminsə sədr olması nəyisə dəyişmir. Ona görə də bu barədə fikir yürütməyi düzgün saymıram. Təbii, iclasda hər kəs öz fikrini bildirəcək və hansısa qərar qəbul olunacaq. Kamran Quliyev olar, ya başqası – bunu deyə bilmərəm. Dediyim kimi, “Qəbələ” üçün komitəyə kimin sədrlik etməsinin prinsipial əhəmiyyəti yoxdu. Klublar Komitəsinin faydası, əlbəttə, var. Bir var hansısa məsələyə telefonda aydınlıq gətirəsən, bir də var üzbəüz oturub danışasan. Yığılıb qalan problemləri müzakirə etmək, həlli yollarını axtarmaq daha rahat olur. Düzdü, komitə daha fəal olsa, iclaslar tez-tez baş tutsa, daha yaxşı olar”.
Natiq İsmayılov (Zirə): “İndidən bu haqda nəsə danışmaq çətindi. İclasın gedişindəki müzakirələrdən sonra sədr məsələsinə aydınlıq gələcək. Kamran Quliyev öncəki iclasların birində sədrlikdən imtina etmişdi. Çox güman, sədr başqası olacaq. İstənilən halda, bizim üçün sədrin kimliyi fərq etmir. Namizədləri gözdən keçirib, səs verəcəyik”.
İslam Abbasov (Kəpəz): “Ötən iclasda Orxan Hüseynzadənin namizədliyinə səs vermişdim. Lakin onun “Neftçi”dən gedişindən sonra sədr postu boş qalıb. Yenidən səsvermə keçirilməlidi. Şəxsən mənim növbəti sədrin də “Neftçi”nin prezidenti Kamran Quliyev olmasına etirazım yoxdu. Amma yenə də səsverməni gözləyək”.
HƏBİB

Son xəbərlər

“Dalğa Arena”da 4 qol - VİDEO

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Bütün xəbərlər