AFFA-nın növbəti Konfransının gündəliyi

1.04.2024 15:40 228
Ölkə futbolu
Sabah keçiriləcək AFFA-nın növbəti Konfransının gündəliyi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, saat 10.00-da “Bulvar Marriott Hotel”də start götürəcək toplantının gündəliyinə 6 məsələ daxildi.

Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidi.