Yığmanın Millətlər Liqasında rəqiblərindən olan Kosovonun yeni baş məşqçisi müəyyənləşib. Bu posta Bernar Şalland gətirilib. Adı çəkilən ölkənin Futbol Federasiyası təyinatı rəsmən açıqlayıb. 66 yaşlı isveçrəli mütəxəssislə 4 illik müqavilə imzalanıb. Qeyd edək ki, Şalland məşqçilik fəaliyyəti ərzində “Sürix”, “Syon”, “Yanq Boyz” kimi klublarını, həmçinin Ermənistan yığmasını və İsveçrənin U-21 millisini çalışdırıb.