Kosovo çempionatında 21-ci turun oyunları start götürüb. Amit Quluzadənin formasını geydiyi “Drita” dünən “Vellajnimi”ni sınağa çəkib. Lider doğma meydanda keçirdiyi oyunda xal itirib – 1:1. Amit fasilədən sonra meydana çıxıb. Hesabında 37 xal ola “Drita” mövqeyini qorusa da, bir oyun az keçirən izləyiciləri zirvəni ələ keçirmək imkanına malikdi.