Ukraynanın Olimpiya yığması (U-23) yoldaşlıq oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, "Zirə"nin yarımmüdafiəçisi Eldar Quliyevin çıxış etdiyi komanda Yaponiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Yaponiyanın Kitakyuşu şəhərində keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Eldar Quliyev 46-cı dəqiqədə meydana çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, 22 yaşlı Azərbaycan əsilli Eldar Quliyev Ukraynada doğulub və həmin ölkənin vətəndaşıdır. O, Ukraynanın U-21 millisində də çıxış edib. Ukraynada bir neçə klubda oynayan Quliyev 2023-cü ilin fevralından “Zirə”nin üzvüdür.