Sizin reklam burada

Təxirə salınmış oyunların vaxtı açıqlandı

Title
Təxirə salınmış oyunların vaxtı açıqlandı
Polina ÇL-dəki uğursuzluğun səbəblərini açıqladı
Qadın və kişi voleybolçularun ölkə çempionatının ötən həftə təxriə salınmış oyunlarının vaxtı açıqlanıb. Fevralın 23-də keçirilməli olan qadınların görüşləri sabah, fevralın 24-də baş tutmalı olan kişilərin qarşılaşmaları isə martın 3-də reallaşacaq.
Bu arada qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Fevralın 27-də sonuncu – 6-cı turun oyunları keçiriib. “Fənərbaxça” İstanbulda “Agel”ə qalib gəlib - 3:1 (25:23, 23:25, 25:13, 25:10). Polina Rəhimova 20 xalla görüşün ən məhsuldar voleybolçusu olub. Xalını 9-a çatdıran “sarı-lacivərdlilər” B qrupunu 3-cü yerdə başa vurub və elit turnirlə vidalaşıb. Rəhimova qələbədən sonra bunları deyib: “Qalib gəldiyimizə görə şadam. Ancaq bu oyunda da çoxlu səhvlərə yol verdik. Biz daha yaxşı oynaya bilərik. O cümlədən də mən. ÇL-dəki çıxışımızdan razı deyilik. Uğursuzluğun səbəblərindən biri bəzi aparıcı oyunçularımızın zədələnməsidi. Belədə başqa voleybolçuların mövqelərində məcburiyyətdən dəyişiklik edildi. Biz bu vəziyyətə uyğunlaşa bilmədik. Bununla yanaşı, baş məşqçimiz Yan de Brandt istefa verdi. Bütün bunlar nəticəyə təsirsiz ötüşmədi. Buna görə üzgünəm. Ancaq gəlin ümid edək ki, növbəti mövsüm elit turnirdə daha yaxşı çıxış edəcəyik”.
C qrupunda “Dinamo” 6-cı qarşılaşmada 6-cı qələbəsini qazanıb. Kazanlılar evdə “Maritza”nı (Bolqarıstan) üstələyib – 3:1 (25:23, 21:25, 25:15, 25:6). Natalya Məmmədova 10 xalla qələbəyə töhfə verib. Beləliklə, Rusiya klubu 18 xalla qrupu lider tamamlayıb. Pley-off mərhələsində “Dinamo”nun potensial rəqibləri “Volero” (İsveçrə), “Konelyano” (İtaliya) və “Qalatasaray”dı (Türkiyə). Bu mərhələnin ilk oyunları martın 20-22-də, cavab görüşləri isə aprelin 3-5-də keçiriləcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.