Qadın şahmatçılar arasında ölkə çempionatı başa çatıb. Dünən sonuncu – 9-cu turun oyunları keçirilib. Günay Məmmədzadə (2333) Zeynəb Məmmədyarovaya (2355), Nərmin Məmmədova (2213) Aydan Höccətovaya (2336), Ülviyyə Fətəliyeva (2384) Ayan Allahverdiyevaya (1948), Səbinə İbrahimova (2222) Süsən Məmmədovaya (1838), Səbinə Rzalı (1704) Aynur Kətanovaya (1893), Gövhər Abdullayeva (2238) Jalə Babazadəyə (1854), Samirə Babayeva (1842) isə Ləman Hacıyevaya (1944) qalib gəlib. Xanım Balacayeva (2319) – Nərmin Söyünlü (2008), Türkan Məmmədyarova (2255) – Gülnar Məmmədova (2357) və İradə Əhmədova (1641) – Aytac Heydərova (1907) görüşlərində heç-heçə qeydə alınıb. Beləliklə, gələn ay 17 yaşı tamam olacaq Balacayeva ilk dəfə böyüklər arasında ölkə çempionu olub. Titulu əlindən alınan Məmmədzadə çempionla eyni xal toplasa da, əlavə əmsallara görə bu dəfə gümüş medalla kifayətlənib. Gülnar Məmmədova isə “bürünc”ü boynundan asıb.
Yekun sıralama: 1. Balacayeva - 6,5, 2. Məmmədzadə - 6,5, 3. G.Məmmədova - 6, 4. Z.Məmmədyarova - 5,5, 5. T.Məmmədyarova - 5,5, 6. N.Məmmədova - 5,5, 7. Höccətova - 5, 8. Fətəliyeva - 5, 9. İbrahimova – 5, 10. Söyünlü - 5, 11. Beydullayeva - 4,5, 12. Allahverdiyeva - 4,5, 13. Əhmədova - 4, 14. Rzalı - 4, 15. S.Məmmədova - 3,5, 16. Heydərova - 3,5, 17. Kətanova - 3,5, 18. Babayeva - 2,5, 19. Hacıyeva - 2,5, 20. Babazadə - 2.