Sizin reklam burada

Məhəmməd fərdi məşqlərə başlayıb

Title
Məhəmməd fərdi məşqlərə başlayıb
“Neftçi”nin müdafiəçisi “Qəbələ”ylə matçı da buraxacaq
15-ci turda “Kəpəz”lə qarşılaşmada ikili mübarizədə Dieqo Qusmaonun zərbəsinə tuş gələn “Neftçi”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov oyunu sona qədər davam etdirə bilməmişdi. Həkimlərin müdaxiləsindən sonra məlum olmuşdu ki, yığma üzvünün burnu sınıb. Elə həmin gün də əməliyyat masasına uzanmaq məcburiyyətində qalmışdı. Həmin vaxt klubdan verilən açıqlamada Mirzəbəyovun təxminən bir ay yaşıl meydanlardan kənar qalacağı deyilmişdi.
Fevralın 11-də əməliyyat olunun Məhəmməd “Neftçi” - “Zirə” matçını tribunadan izləyənlər arasındaydı. Fasilədə ayaqüstü söhbət zamanı müdafiəçinin zədəylə bağlı fikirlərini öyrəndik: “Əlbəttə, oyunu kənardan izləmək adama çətin gəlir. İnanın, hərdən meydana girib oynamaq istəyirəm. Alışıb-yanıram. Müdafiənin sağ cinahında Ömər Buludov oynayır, məncə, bacaracaq. Olduqca əzmkar və istəkli gəncdi... İki gündü fərdi məşqlərə başlamışam. Həkimlərin məsləhəti belədi ki, hələlik yalnız fitnes zalında qaçım, yüngül məşqlər edim. Bir müddət soyuq və yüklənmə olmaz. Hərdən bir az artıq məşq edən kimi hiss edirəm ki, nəfəs almaqda çətinlik var. Çox güman, gələn həftədən komandaya qoşulacam. Amma “Qəbələ”yə qarşı oynayacağım inandırıcı görünmür”.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.