Sizin reklam burada

“Binə”nin müdafiəçisi “əlcək geydi”, “Xəzər” məğlubiyyətdən qurtula bilmədi

Title
“Binə”nin müdafiəçisi “əlcək geydi”, “Xəzər” məğlubiyyətdən qurtula bilmədi
Birinci divizionda 15-ci turun oyunları bir-birindən maraqlı məqamlarla yadda qaldı. Bu da təsadüfi deyildi: ötən həftəsonu əsasən iddialılar bir-biriylə qarşılaşırdı. “Qaradağ Lökbatan”ın “Şüvəlan”a uduzması, autsayder “Zaqatala”nın “Mil-Muğan”ı üstələməsi, “Sabah”la “Turan Tovuz”un qol yarışına çıxması sırf nəticə ilə bağlı diqqəti çəkən məqamlardı. Bu mənada “Binə” – “Xəzər” matçı turun bəzəyi sayılmalıdı. Əvvəla, ən çox tamaşaçı sayı məhz Binədəki görüşdə qeydə alınıb. Azarkeşdən söz düşmüşkən, qəsəbə təmsilçisinin üzvlərinin topladıqları vəsaitlə 500 manata alınan əlil arabası yaşlı tərəfdara məhz oyundan əvvəl hədiyyə olunub. Qarşılaşmanın gedişində bir maraqlı məqam da yaşanıb. 87-ci dəqiqədə “Binə”nin qapıçısı Ramil Kərimov ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılıb. Bu vaxt qəsəbə təmsilçisi bütün əvəzetmələrdən yararlandığı üçün meydana ehtiyat qapıçını buraxmaq mümkün olmayıb. Belədə müdafiəçi Kamil Hüseynov “çərçivə”də yer alıb və matça əlavə olunan vaxtı da nəzərə alsaq, son 7 dəqiqədə qapısını toxunulmaz saxlayıb.
15-ci tur
71. Zaqatala – Mil-Muğan (İmişli) 2:0 (2:0).
Zaqatala: 1. Amil Ağacanov, 8. Hacı Əhmədov (k) , 5. Sahil Zeynalov (13. Vəzir Musayev, 68), 2. Sərxan Abdullayev, 22. Kamran Həsənzadə, 10. Rəhman Şabanov (6. Məhhəməd Babazadə, 66), 14. Roini İsmayılov, 18. Haqverdi Həsənov, 19. Ravil Yusifli (11. Nicat Muxtarov, 62), 17. Cavad Kazımov, 16. Elvin Həsənov.
Ehtiyat oyunçular: 12. Toğrul Məmmədbəyli, 7. Asim Babazadə, 20. Fuad Bayramlı, 23.Nəsib Əliyev.
Baş məşqçi: Rüstəm Məmmədov.
Mil-Muğan: 1. Samir Quliyev, 16. Elməddin Məmmədov, 3. Cavad Heydərov (4. Allahverdi Fərzəliyev, 46), 20. Rəşad Orucov, 8. Anar Babazadə, 18. Vüqar Asəliyev, 10. Samir Babayev (k), 15. Anar Babayev (11. Şahin Əliyev, 61), 14. Elnur Məmmədov (19. Nicat Fərəcli, 83), 9. Elxan Məmmədov, 23. Bayram Əliyev.
Ehtiyat oyunçular: 25. Çərkəz Həsənov, 17. Nicat Quliyev, 32. Afin Bağırov, 44. Böyükağa Əhmədov.
Baş məşqçi: Xalıq Mustafayev.
Qollar: C.Kazımov, 30 (1:0). C.Kazımov, 36 (2:0).
Vərəqələr: C.Kazımov, 45+1 (qeyri-idman hərəkəti). E.Həsənov, 67 (qeyri-idman hərəkəti). R.İsmayılov, 90+2 (qeyri-idman hərəkəti). E.Məmmədov, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, İsgəndər Əliyev, Pərvin Talıbov, Namiq Bəkirov.
Hakim-inspektor: Vasif Məmmədov.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
22 fevral. Zaqatala. Şəhər stadionu. 200 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

72. Binə - Xəzər (Bakı) 1:0 (1:0)
Binə: 45. Ramil Kərimov, 14. Elmir Məmmədov (k), 5. Kamil Hüseynov, 42. Məqsum Qənbərli, 24. Emin Cəfərquliyev, 72. Comərd Baxşəliyev (97. Kənan Məmmədov, 77), 8. Ture Morifere, 27. Elmir Namazov (10. Sərxan Ağayev, 81), 77. Renat Aşırov (6. Məhərrəm Hüseynov, 63), 11. Vüsal Nağıyev, 9. Məhəmməd Bədəlbəyli.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 15. Seymur Abdullayev, 17. Elmin Çobanov, 19. Hüseyn Əliyev, 21. Armin Azizi, 70. Əliağa Xudiyev, 99. Vüsal Səfərov.
Baş məşqçi: İsmayıl Hüseynov.
Xəzər: 1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə (15. Kənan Mirzəliyev, 75), 3. Nodar Məmmədov, 6. Vadim Abdullayev (77. Fuad Məmmədzadə, 63), 10. Ramil Həsənov (14. Tural Qürbətov, 66), 19. Aydın Qasımov, 20. Tanrıverdi Məhərrəmli, 22. Müşfiq Teymurov, 23. İsa Cəbiyev, 27. Bəxtiyar Soltanov (k), 33. Eltun Turabov.
Ehtiyat oyunçular: 12. Namiq İsmayılov, 8. Fərid Səmədzadə, 11. Elmir Rəhimzadə, 21. Novruz Məmmədov.
Baş məşqçi: Elşad Əhmədov.
Qol: M.Bədəlbəyli, 16.
M.Bədəlbəyli 16-cı dəqiqədə penaltidən yararlana bilməyib.
Vərəqələr: E.Turabov, 41 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 55 (qeyri-idman hərəkəti). R.Kərimov, 70 (oyunun bərpasını ləngitmək). K.Hüseynov, 71 (qeyri-idman hərəkəti). T.Məhərrəmli, 87 (qeyri-idman hərəkəti). K.Mirzəliyev, 90 (qeyri-idman hərəkəti) – sarı. R.Kərimov, 87 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: ELVİN ƏSGƏROV, Roman Vasilyev, Ruslan Babayev, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Rüfət Hüseynov.
AFFA nümayəndəsi: Rəhman Tağıyev.
22 fevral. Binə. Qəsəbə stadionu. 300 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

73. Qaradağ Lökbatan – Şüvəlan 1:2 (1:0)
Qaradağ Lökbatan: 12. Ağaseyid Qasımov, 2. Mikayıl Rəhimov, 6. Natiq Kərimi, 18. Rafael Qəvami (16. Ruslan Tağızadə, 69), 55. Ruslan Poladov (k), 97. Samir Musayev, 33. Tural Məmmərzəyev (5. Elman Mirzəyev, 76), 8. Emin Mustafayev , 22. Məhəmməd Xəlilov, 11. Elvin Adışirinli, 23. Coşqun Süleymanov (9. Ruslan Vorontsov, 62).
Ehtiyat oyunçular: 1. Fərid Ağayev, 4. Elxan Cəbrayılov, 14. Məhəmməd Məmmədov, 27. Ramazan Abbasov, 62. Yusif Dilanov, 77. Afiq Yusifov.
Baş məşqçi: Həbib Ağayev.
Şüvəlan: 13. Əli Həsənli, 5. Murad Musayev, 7. Elvin Həsənəliyev, 38. Mübarək Şahquliyev, 8. Mirkamil Həşimli, 77. Elgün Nəbiyev (10. Orxan Səfiyaroğlu, 60), 99. Cəmil Rəhimli, 4. Aslan Hüseynov (6. Seyidrəzi Ağayev, 41), 19. Hüseyn Axundov (k), 11. Vüsal Qarayev, 9. Nuqzar Kvirtiya (23. Elşən Rzazadə, 81).
Ehtiyat oyunçular: 45. Həsən Hüseynov, 17. Elnur Səmədov, 21. Eşqin Quliyev, 22. Fərhad Budaqov, 27. Riad Abbaszadə, 55. Viqar Əlibabayev.
Baş məşqçi: Aqil Nəbiyev.
Qollar: E.Adışirinli, 7 (1:0). O.Səfiyaroğlu, 61 (1:1). N.Kərimi, 70-öz qapısına (1:2).
Vərəqələr: R.Qəvami, 25 (qeyri-idman hərəkəti). H.Axundov, 52 (qeyri-idman hərəkəti). M.Musayev, 59 (hakimin qərarına etiraz). M.Xəlilov, 70 (hakimin qərarına etiraz). T.Məmmərzəyev, 72 (qeyri-idman hərəkəti). M.Həşimli, 75 (qeyri-idman hərəkəti). N.Kvirtiya, 87 (hakimin qərarına etiraz). Ə.Həsənli, 90+3 (oyunun bərpasını ləngitmək) – sarı. M.Həşimli, 90+4 (bilərəkdən əllə oyun) – qırmızı (ikinci sarı).
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Akif Əmirəli, Eyyub İbrahimov, Nahid Xasıyev.
Hakim-inspektor: Ramiz Əsədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
23 fevral. Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. 130 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

74. Sabah (Bakı) – Turan Tovuz 2:2 (1:0)
Sabah: 25. Röyal Əlizadə, 2. Təyyar Məmmədov, 97. Ricad Qarayev, 15. Elşad Manafov (11. Bayram Nuruzadə, 90), 23. Qvanzav Məhəmmədov, 14. İlqar Ələkbərov (k), 22. Vladlen Normaniya, 19. Məhəmməd Qurbanov, 44. Artyom Zabun (10. Məhəmməd Alıyev, 68), 7. Emin Mehdiyev (21. Emin Mirzəliyev, 86), 9. Raul Yaqubzadə.
Ehtiyatoyunçular: 53. Maksim Vaylo, 4. Elgün Uluxanov, 17. Eltun Hüseynov, 55. Əziz Quliyev.
Baş məşqçi: Arif Əsədov.
Turan Tovuz: 12. Natiq Səhrətov (k), 8. Seymur Tağıyev, 2. Sənan Qocayev, 14. Eltay Tağıyev, 6. Məhəmməd Ağayev, 15. Elvin Mirzəyev (10. Elməddin Hüseynzadə, 20), 20. İlqar Hüseynov, 22. Tuqay Alhüseynli (4. Cəlal Cəlalzadə, 65), 21. Vüsal Mustafayev (11. İlkin Rzayev, 63), 5. Tagim Novruzov, 17. Rəhman Musayev.
Ehtiyat oyunçular: 77. Mehman Hacıyev, 7. Ziyabil Məmmədov, 16. Muxtar Cəfərov, 18. Elmin Bayramov.
Baş məşqçi: Əsgər Abdullayev.
Qollar: M.Qurbanov, 25 (1:0). İ.Hüseynov, 62 (1:1). R.Yaqubzadə, 68 (2:1). S.Tağıyev, 86 (2:2).
Vərəqələr: V.Normaniya, 38 (qeyri-idman hərəkəti). E.Mehdiyev, 63 (hakimin qərarına etiraz). S.Qocayev, 80 (qeyri-idman hərəkəti). E.Mirzəliyev, 86 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: NAİL NAĞIYEV, Vüsal Qənbərov, Elman Kərimov, Xəlil Xəlilov.
Hakim-inspektor: Azad Mütəllimov.
AFFA nümayəndəsi: Sahib Əliyev.
23 fevral. Binə. Qəsəbə stadionu. 150 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

75. MOİK (Bakı) – Ağsu 2:0 (2:0)
MOİK: 1. Aydın Bayramov, 5. Cəmil Hacıyev, 7. Mirkamil Əliyev (99. Bahadur Həziyev, 69), 8. Sənan Bayramzadə, 10. Orxan Həsənov (k) (17. Timur Dadaşov, 79), 14. Yamin Ağakərimzadə, 20. İsmayıl İbrahimli, 21. Kamil Nurəhmədov, 44. Ruslan Cəfərov, 77. Bəhruz Teymurov (25. Ayaz Mehdiyev, 64), 90. Azad Kərimov.
Ehtiyat oyunçular: 12. İsmayıl Muradov, 4. Bilal Abbaszadə, 9. Cavidan Şükürov, 70. Elgün Abbaslı, 97. Anar Həsənov.
Baş məşqçi: Ramil Əliyev.
Ağsu: 22. Novruz Rəhimov, 4. Elmixan Məmmədov, 10. Nurlan İsbəndiyarov, 6. Rəşad Qarayev, 3. Fərrux Rəhimov, 20. Təmraz Əmircanov, 19. Ramil Əliyev (k) (18. Adil Tağıyev, 85), 15. Vüsal İbrahimov (8. Arzuman Nəsibov, 72), 13. İlkin Allahverdiyev (7. Bəhlul Əliyev, 75), 16. Elnur Mustafazadə, 11. Qalib Əmrahov.
Ehtiyat oyunçular: 12. Şamo Həsənov, 2. Qüvvət Əmrahov, 5. Rəvan Kərimov, 17. Malik Babayev.
Baş məşqçi: Rüfət Quliyev.
Qollar: K.Nurəhmədov, 20 (1:0). B.Teymurov, 23 (2:0).
Vərəqələr: Y.Ağakərimzadə, 32 (qeyri-idman hərəkəti). B.Həziyev, 75 (qeyri-idman hərəkəti). Q.Əmrahov, 78 (hakimin qərarına etiraz). F.Rəhimov, 90+2 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Vaqif Musayev, Elman Musayev, Alik Yunusov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Sabir Mütəllimov.
23 fevral. Biləcəri. “Bakı”nın təlim-məşq bazasının stadionu. 200 tamaşaçı.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
1. Qaradağ Lökbatan 15 12 2 1 32-12 38
2. MOİK 15 8 2 5 23-16 26
3. Şüvəlan 15 8 1 6 17-13 25
4. Binə 15 7 3 5 22-13 24
5. Mil-Muğan 15 6 2 7 24-29 20
6. Xəzər 15 5 4 6 14-10 19
7. Turan Tovuz 15 5 4 6 20-22 19
8. Ağsu 15 5 3 7 17-28 18
9. Sabah 15 4 4 7 17-26 16
10. Zaqatala 15 2 1 12 11-28 7
Bombardirlər: Elnur Səmədov (Turan Tovuz), Sabir Allahquliyev (Qaradağ Lökbatan), Samir Babayev (Mil-Muğan) - 8.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.