Sizin reklam burada

Turun oyunçusu

Title
Turun oyunçusu
Fəhmin Muradbəyli (Səbail)
17-ci turun sürpriz nəticəsi “Bayıl Arena”da qeydə alındı. Premyer-liqanın debütantı olan “Səbail” qızıl medallara iddialı “Qəbələ”ni məğlub etdi. Həmin oyunda Samir Əliyevin komandasının əksər üzvləri özünü yaxşı tərəfdən göstərdi. Ancaq Fəhmin Muradbəyli hamıdan bir addım öndəydi. Qışda icarə əsasında “Neftçi”dən “Səbail”ə keçən cinah oyunçusu “qırmızı-qaralar”la matçda yüksək oyun səviyyəsi sərgilədi. Komandasının 2-ci qolunu vurmaqla qələbədə əsas pay sahibi oldu.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.