Sizin reklam burada

Qazaxıstan, Türkiyə və Qırğızıstan Bakıya gəlir

Title
Qazaxıstan, Türkiyə və Qırğızıstan Bakıya gəlir
Tələbələr Alesioya tapşırılır
Apreldə türkdilli dövlətlərin tələbələri arasında idman oyunları keçiriləcək. Tələbələrin Universiadasında futzal yarışları da olacaq. Oyunlar Bakıda təşkil olunacaq. Yarışda bizimkilərlə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan iştirak edəcək. Böyük ehtimalla tələbələri meydana əsas millinin baş məşqçisi Joze Alesio da Silva çıxaracaq. Bu barədə AFFA-nın İcraiyyə Komitəsində qərar veriləcəyi gözlənilir.
Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov detallar barədə bizi bilgiləndirdi: "Martın sonlarında komandanın 10 günlük toplanışı olacaq. Apreldə isə yarışlarda iştirak edəcəyik. Biz bu komandaya perpektiv kimi baxacağıq. Onların hər biri gələcəkdə millinin üzvü ola bilər. Yarışda Qazaxıstan, Qırğızıstan və Türkiyə iştirak edəcək. Oyunlar aprelin 6-sı, 7-si və 9-da Bakı İdman Sarayında keçiriləcək. Yığmaya sırf yerli oyunçular cəlb olunacaq. İlkin addım kimi 20 nəfər dəvət olunacaq ki, hazırda seleksiya prosesi gedir. Milli yarışda 12 nəfərdən ibarət heyətlə mübarizə aparacaq".
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.