“Qriqorçuk getsin, yığıb gətirdiklərini də aparsın”
“Qəbələ” “Səbail”ə uduzmaqla (1:2) çempionluq şansına böyük zərbə vurdu. Bu durum “qırmızı-qaralar”ın azarkeşlərinin ciddi narazılığına səbəb olub. Qəbələli fanatlar sosial şəbəkələrdə məsələni müzakirəyə çıxarıb. Bəizləri artıq Roman Qriqorçukun getməsini istəyir.
Vüqar Kovalyov: “Qəbələ” bu il də kuboksuz qalsa, Qriqorçuk getsin. Əvəzində Samir Əliyev ən gözəl seçimdi.
Pərvin Qabalineç: Getsin. Yığıb gətirdiklərini də aparsın.
Müşfiq Məmmədov: Çempionluqla kubok bölünüb onsuz da. Amma yenə də getməlidi.
Sənan Hümbətov: Uduzan kimi məşqçi getsin-falan.
Orxan Aslanov: Məşqçi getsə, Bezotosnı da gedəcək. Yığıb gətirdikləri deyəndə...
Rəşad Səfər Əli: Mən “Ağasəlim Mircavadov gəlsin” deyərdim.
Nicat Cəlilov: Kubok hər il “Qarabağ”ın olacağına görə hansı gəlsə də, xeyri yoxdu.
Qorxmaz Məmmədov: Qardaş, kubok hər il “Qarabağ”ın olacaq. Futbol da bir siyasətdi. İstəyir Joze Mourinyo gəlsin, xeyri yoxdu.
Rəşad Qasımov: Yayda Şahin Diniyev gələcək.
İlknur Əliyev: Şahin gəlsə, bu büdcə ilə əla klub yığar. Heç “Qarabağ” da “Qəbələ”nin qarşısını ala bilməz.
Seyfulla Şüvəlani: “Qəbələ”mizin Avropada uğur qazanmağını istəyiriksə, tanınmış təcrübəli məşqçi gətirilməsi labüddü. Qriqorçuk getsə, onun əvəzləyicisi kimi Valeri Qazzayevi görürəm. Bütün azarkeşlər “Qəbələ” rəhbərliyindən xahiş edərik, bəlkə istəyimiz nəzərə alınar. Samir “Neftçi”də heç nə edə bilmədi. Ondansa, Qriqorçuk var da.
Aqil Niftəliyev: Qardaşlar, özünüzü yormayın, bu bir siyasət olub, futbol biznesdi. Qaldı ki məşqçiyə, samirlərdənsə, öz Sənan Qurbanovumuz daha uyğundu. Sadəcə, yerli oyunçularımız zəifdi, İlqar oynamalıdı əsas heyətdə. Yaxşı gənc oyunçularımızı başqa klublara verirlər. Hanı Amil Yunanov, Müşfiq Teymurov, Tellur Mütəllimov və başqaları? Bu gün gördük ki, istək yoxdu komandada. Rəhbərlik nəticə tələb etməlidi, amma hələ səs çıxmır. “Sumqayıt”ın, “Səbail”in heyəti bu gün bəlkə də “Qəbələ”nin əvəzedici heyətindən zəifdi. Ancaq nəticəyə, oyuna baxanda, Ağasəlim Mircavadov demişkən, istək var.
Sarvan Abdurəhmanov: “Qəbələ”dən başqa hamısı paytaxt komandası olan çempionat belə olar da.
Hüseynağa Qasımov: Biz “Zirə”dən aldığımız 3 xalı qaytarmalıydıq ki, AFFA sakitləşsin. Əliyarı da ələ dəyən top yox, sarı kartların sayı maraqlandırır. Bəli, komandada istək az idi. Lap Naxçıvandakı oyun kimi. Daha bu nədən irəli gəlib, bilmirik. Allah bilir.
Ceyhun O-li: Bir oyun uduzmaqla günahı baş məşqçidə axtarmayın. Bu 11 ildə neynəmişik, 3-4 baş məşqçi dəyişmişik. Qriqorçukdan başqa hansı Avroliqaya cıxarıb, yaxşı nəticə göstərib? Gəlin, bir oyunun nəticəsinə baxıb məşqçi haqda belə fikirləşməyək.
FARİZ hazırladı