Qadın şahmatçıların ölkə çempionatı başa çatmaq üzrədi. Həftəsonu daha iki tur geridə qalıb. Şənbə günü keçirilən 7-ci turda Aydan Höccətova (2336) – Xanım Balacayeva (2319), Zeynəb Məmmədyarova (2355) – Gülnar Məmmədova (2357), Günay Məmmədzadə (2333) - Türkan Məmmədyarova (2255), Nərmin Məmmədova (2213) – Ülviyyə Fətəliyeva (2384), Nərmin Söyünlü (2008) – Ayan Allahverdiyeva (1948), İradə Əhmədova (1641) – Süsən Məmmədova (1838) və Səbinə Rzalı (1704) – Jalə Babazadə (1854) oyunlarında heç-heçə qeydə alınıb. Səbinə İbrahimova (2222) Gövhər Beydullayevaya (2238), Aynur Kətanova (1893) Samirə Babayevaya (1842), Ləman Hacıyeva (1944) isə Aytac Heydərovaya (1907) qalib gəlib.
Dünən baş tutan 8-ci tura gəlincə, Balacayeva - T.Məmmədyarova, Söyünlü – N.Məmmədova, Kətanova – Beydullayeva, Babazadə - S.Məmmədova, Hacıyeva – Rzalı görüşləri “sülh”lə yekunlaşıb. Z.Məmmədyarova Höccətovanı, G.Məmmədova Fətəliyevanı, Məmmədzadə İbrahimovanı, Heydərova Babayevanı, Allahverdiyeva isə Əhmədovanı üstələyib.
Xal durumu: Balacayeva - 6, Z.Məmmədyarova, G.Məmmədova, Məmmədzadə - 5,5, T.Məmmədyarova - 5, N.Məmmədova, Söyünlü, Allahverdiyeva – 4,5, Fətəliyeva, İbrahimova – 4, Beydullayeva, Əhmədova, S.Məmmədova, Kətanova – 3,5, Heydərova, Rzalı – 3, Hacıyeva – 2,5, Babazadə - 2, Babayeva – 1,5.
Bu gün sonuncu – 9-cu turun qarşılaşmaları reallaşacaq: Balacayeva – Söyünlü, Z.Məmmədyarova – Məmmədzadə, T.Məmmədyarov – G.Məmmədova, N.Məmmədova – Höccətova, Fətəliyeva – Allahverdiyeva, S.Məmmədova – İbrahimova, Rzalı – Kətanova, Əhmədova – Heydərova, Beydullayeva – Babazadə, Babayeva – Hacıyeva.