İran çempionatında 24-cü tura yekun vurulub. “Göstəriş Fulad”ın Təbrizdə “Peykan”a 0:3 hesabıyla uduzduğunu xəbər vermişdik. “Traktorsazi” isə səfərdə “Pars Cunubi” ilə heç-heçə edib – 1:1. İkinci dəqiqədə Omid Sinq meydan sahiblərini sevindirsə də, 62-ci dəqiqədə Ehsan Pəhləvan qonaqları məğlubiyyətdən xilas edib. “Poladçılar” 30 xalla 9-cu yerdə qərarlaşıbsa, “qurdlar” həmşəhərlilərindən 1 xal və 1 pillə geri qalır. Növbəti turda “Göstəriş Fulad” “Sepahan” səfərinə yollanacaq. Ərtoğrul Sağlamın komandası isə “Səhənd” stadionunda “Peykan”ı qəbul edəcək.