“Marafon” “Araz”a yaxınlaşdı
Braziliyalılar oynamadı, iranlılar “at oynatdı”
Şənbə günü futzal üzrə yüksək liqada 17-ci turun 2 oyunu keçirildi. Təxirəsalma ilə yadda qalan turun açılış matçında autsayderlər qarşılaşdı. Məhsuldar alınan qarşılaşmada “Yasamal” 8-i ilk yarıda olmaqla, əvvəlcə 10 cavabsız top vurdu. Yalnız bundan sonra ayılan “Xəmsə” rəqibini 4 dəfə cəzalandıraraq, fərqi 6 topa endirdi. Bundan sonra “Yasamal” yenidən iki qol vursa da, yekunda 6 topluq fərq qorundu. Maraqlıdı ki, “Yasamal”ın 12 qolundan 7-nə bir futbolçu – Murtuza Cahandost imza atdı. Beləliklə, iranlı futzalçı qollarının sayını 18-ə çatdıraraq, bombardir Renat Sultanova xeyli yaxınlaşdı. Bundan başqa, mövsümdə üçüncü qələbəsini qazanan “Yasamal” aşkar autsayderlə xal fərqini 7-yə çatdırdı. Maraqlıdı ki, əvvəlki 2 qələbə də “Xəmsə” ilə dueldə əldə olunub.
Turun mərkəzi oyununda isə “Marafon”la “Ekol” üz-üzə gəldi. Bəribaşdan qeyd edək ki, qarşılaşma gərginliyi ilə yadda qaldı. Artıq 2-ci dəqiqədə baş hakim Elçin Məmmədov hər komandadan bir nəfəri meydandan qovdu. Namiq Məmmədkərimov Seymur Məmmədova qarşı kobud oynadı ki, ikinci buna sərt reaksiya verdi. Nəticədə tərəflər bir-birinin ünvanına təhqiramiz ifadələr işlətdilər. Köməkçi-hakim Hikmət Qafarlı sarı vərəqə göstərsə də, həmkarının qərarını ləğv edən Elçin Məmmədov onları “qırmızı” ilə meydandan kənarlaşdırdı. Bu dəfə hakimin üzərinə hücum çəkən və onu söyüşə tutan “Marafon”un oyunçusunu çətinliklə sakitləşdirmək mümkün oldu.
Oyuna gəlincə, hesab 14-cü dəqiqədə açıldı. “Marafon”un iranlı yeni transferi Elyas Barati adını tabloya yazıdırdı. O, 15 saniyə sonra ikinci dəfə komandasını hesabda önə keçirdi. Düzdü, “Ekol” qollardan birinin əvəzini çıxa bildi. Oynayan-məşqçi Radik Əhmədov fərqi minimuma endirdi. Amma birinci hissənin başa çatdığını bildirən qonqdan 1 saniyə (!) əvvəl debütant fərqi iki topa çatdıra bildi. Bu dəfə İlkin Hacıyev fərqləndi. İkinci hissədə sükutu yenə “Marafon” pozdu. Rəqibi əks-hücumda yaxalayan debütantın heyətində Barati özünün 2-ci, komandasının 4-cü qolunu vurdu. Bir qədər sonra İbrahim Zeynalov komandasının qələbəsində pay sahibi oldu. Buna baxmayaraq, sona 30 saniyə qalmış “Ekol” 10 metrlik zərbə vurmaq hüququ qazandı. Radik rəqib qapıçını məyus edərək, yekun nəticəni müəyyənləşdirdi. Beləliklə, matç “Marafon”un 5:2 hesablı qələbəsi ilə başa çatdı.
Onu da qeyd edək ki, “Araz”ın “məcburi istirahət etdiyi” turda İrandan olan legionerlər məhsuldarlığı ilə yadda qaldılar. Belə ki, turda qeydə alınan 25 qoldan 14-ü onların ayağına yazıldı.
17-ci tur
Yasamal – Xəmsə 12:6 (8:0)
Yasamal: 1. Məhəmməd Roştani, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 80. Omid Oraz; 5. Vüsal Səfərov, 18. Mohsin Hayatbini, 47. Rəsul Əkbəri.
Rəhbər: Orxan Allahverdiyev.
Xəmsə: 1. Rəşad Zeynallı, 12. Ceyhun Yusifov, 8. Əli Həsənov (k), 9. Samir Əmirov, 14. Yamin Ağakərimov; 2. Əli Əlizadə, 13. İbrahim İbrahimov, 6. Şamo Talıbov.
Baş məşqçi: Arif Vəliyev.
Qollar: M.Cahandost, 4 (1:0). V.Vorobyov, 6 (2:0). M.Cahandost, 6 (3:0). S.Cavid, 9 (4:0). S.Cavid, 12 (5:0). M.Cahandost, 17 (6:0). M.Cahandost, 18 (7:0). M.Cahandost, 18-p. (8:0). S.Cavid, 26 (9:0). M.Cahandost, 28 (10:0). Ə.Həsənov, 32 (10:1). S.Əmirov, 34 (10:2). Y.Ağakərimov, 34 (10:3). S.Əmirov, 35-p. (10:4). M.Cahandost, 36 (11:4). Ə.Əlizadə, 37 (11:5). S.Əmirov, 39-p. (11:6). M.Hayatbini, 40 (12:6).
Vərəqələr: M.Roştani, 10. R.Əkbəri, 10. C.Yusifov, 15. Ə.Həsənov, 18. V.Vorobyov, 35. Y.Ağakərimov, 38 - sarı.
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Kənan Məlikov.
Hakim-inspektor: Aslan Həsənov.
24 fevral. Bakı İdman Sarayı.

Marafon – Ekol 5:2 (3:1)
Marafon: 12. Kəsra Mehdipur, 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 11. Vasili Jarikov, 77. Vyaçeslav Tsvirko; 2. Kamran Hacıyev, 4. İbrahim Zeynalov, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 13. Majid Morovati, 20. Sergey Çumakov, 22. Elyas Barati, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Qol: E.Barati, 14 (1:0). E.Barati, 14 (2:0). R.Əhmədov, 17 (2:1). İ.Hacıyev, 20 (3:1). O.Talebi, 35 (4:1). İ.Zeynalov, 39 (5:1). R.Əhmədov, 40-p. (5:2).
Vərəqə: S.Həmzəyev, 37 – sarı. S.Məmmədov, 2. N.Məmmədkərimov, 2 – qırmızı.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov.
Hakim-inspektor: Tofiq Şükürov.
24 fevral. Bakı İdman Sarayı.
1. Araz 14 13 1 0 87-16 40
2. Marafon 15 12 0 3 64-26 36
3. Ekol 15 7 2 6 49-45 23
4. FK.İD 14 4 4 6 48-48 16
5. Neftçi 12 4 3 5 33-34 15
6. Yasamal 14 3 0 11 46-92 9
7. Xəmsə 14 0 2 12 36-102 2
Bombardir: Renat Sultanov (Marafon) – 20.
MİRAĞA

Son xəbərlər

“Çelsi” “Lester”in oyunçusu ilə razılığa gəldi

“Komandamın ifasında aqressiv futbol görmək istəyirəm” - Laurentsiu Regekampf

“Qollardan sonra toparlanmaq çətin idi” - Yaşar Vahabzadə

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

“Neftçi” - “Kəpəz” matçında qol yağışı - YENİLƏNİB

“İnter” oyunçusunu icarəyə verdi

İngiltərədən İtaliyaya yollandı

“Qarşıdakı turlarda daha yaxşı komanda görəcəyik” - Elmar Baxşıyev

“Barselona” oyunçusunu “Valensiya”ya yolladı

“Bizə vaxt lazımdı” - Vüqar Əsgərli

“Neftçi”də ciddi itki

Millimiz məğlub oldu - KONYA-2021

Şöhrətin zirvəsindən dəmir barmaqlıqlar arasına!

De Byazi bu gün Bakıda olacaq

“Füzuli”nin prezidenti “Neftçi”nin futbolçusunu təhqir etdi

Bernardo Silva “Mançester Siti”dən ayrılacaqmı? - MÜSAHİBƏ

"Liverpul"da yeni müqavilə

Kostiç "Yuventus"da

"Sampdoriya"dan yeni transferlər

"Latsio" 2 futbolçusunu icarəyə göndərdi

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Provedelin yeni klubu müəyyənləşdi

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

Bütün xəbərlər