Sizin reklam burada

Polina tamam, Natalya davam!

Title
Polina tamam, Natalya davam!
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. B qrupunda yer alan “Fənərbaxça” İtaliyada “Novara” ilə bacarmayıb – 0:3 (23:25, 18:25, 13:25). Polina Rəhimova 10 xalla komandasının ən məhsuldar voleybolçusu olsa da, hücumlarının cəmi 18 faizini xala çevirib ki, bu da çox zəif göstəricidi. Beləliklə, 6 xalda qalan “sarı-lacivərdlilər”in son turun nəticəsindən asılı olmayaraq ÇL-in pley-offuna çıxmayacağı dəqiqləşib. Əvəzində C qrupunda çıxış edən “Dinamo” qələbə yürüşünü davam etdirib. Kazanlılar evdə Polşa “Xemik”ini üstələyib – 3:1 (24:26, 25:16, 25:23, 25:14). Natalya Məmmədova 17 xalla qələbədə pay sahibi olub. Bununla da Rusiya klubunun sona 1 tur qalmış lider kimi pley-offa yüksələcəyi dəqiqləşib. 15 xala malik “Dinamo” sonuncu turda “Maritza”nı (Bolqarıstan), “Fənərbaxça” isə “Agel”i (Çexiya) qəbul edəcək. Formal xarakter daşıyan hər iki qarşılaşma fevralın 27-də baş tutacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.