“Zirə”nin futbolçusu Dmitrios Çantakias ölkə çempionatlarında 100-cü oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi Misli premyer-liqasının 25-ci turuna təsadüf edib.
Yunanıstanlı futbolçu “Turan Tovuz”la ev görüşündə (1:1) 90 dəqiqə meydanda olub. O, “Zirə”nin heyətində çıxdığı 100 Premyer Liqa qarşılaşmasında 6 qol vurub.
Dmitrios 2020/21 mövsümündən qəsəbə klubunda çıxış edir. O, ölkə çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı legioner olub.