Mövsümü 23-cü yerdə başa vurduq
Növbəti “futbol ili”nə isə 22-ci pillədə başlayacağıq
Həftəiçi keçirilən Çempionlar Liqası və Avroliqa oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Nəticələr bəzi dəyişikliklərə səbəb olub. Həmçinin bir sıra ölkələr üçün avrokubok mövsümü bitib. Yunanıstan, Danimarka, Rumıniya, İsveç, Bolqarıstan, Şotlandiya, Qazaxıstan və Serbiya qitəmiqyaslı turnirlərdə sonuncu təmsilçisini də itirib. Artıq avrokuboklara start verən 55 ölkədən yalnız 12-si mübarizəni davam etdirir. Əslində Bolqarıstan, Serbiya, Qazaxıstan və Şotlandiyanın dayanması Azərbaycanın işinə yarayıb. Belə ki, retinqdə 23-cü olan ölkəmizdən aşağı pillələrdə qərarlaşanlar son təmsilçilərini itirdiyindən mövqeyimizin toxunulmaz qalacağı rəsmiləşib. Düzdü, Bolqarıstan Azərbaycana çatıb. Lakin əlavə göstəricilərdə 23-cü yer ölkəmizindi və bu mövqe mövsümün sonunadək dəyişməyəcək. Qeyd edək ki, cari mövsüm 4,375 əmsal qazanan Azərbaycan son 5 ilin nəticələrinə görə 19,125 əmsala malikdi. İndi isə ölkəmiz də daxil olmaqla avrokuboklarda təmsilçisi qalmayan qonşularımızın reytinqdəki sıralamasına nəzər yetirək.
…18. İsrail 5.750 1.375 2.250 6.750 5.625 21.750 4
19. Cənubi Kipr 2.750 3.300 3.000 5.500 7.000 21.550 4
20. Rumıniya 6.875 5.125 2.250 3.300 2.900 20.450 5
21. Polşa 3.125 4.750 5.500 3.875 2.875 20.125 4
22. İsveç 3.200 3.900 4.750 2.750 5.375 19.975 4
23. AZƏRBAYCAN 2.500 3.625 4.375 4.250 4.375 19.125 4
24. Bolqarıstan 5.625 4.250 1.000 4.250 4.000 19.125 4
25. Serbiya 2.500 2.750 4.250 2.875 6.375 18.750 4
26. Şotlandiya 3.250 4.000 3.000 4.375 4.000 18.625 4
27. Belarus 1.750 5.500 5.125 3.000 3.250 18.625 4
28. Qazaxıstan 3.125 3.375 4.625 2.750 4.250 18.125 4
29. Norveç 2.600 2.200 7.250 1.375 4.000 17.425 4…
Sırf 12 ölkənin reytinqini diqqətinizə çatdırmağımız əbəs deyil. Məlum olduğu kimi, növbəti avrokubok mövsümündən öncə sıralamada müəyyən dəyişikliklər baş verəcək. Çünki yeni mövsüm ərəfəsində 5 il öncəki əmsal silinir. Məhz 18-29-cu yerləri ona görə qeyd etdik ki, bu komandalardan heç biri həmin silinmədən sonra 17-ci yerə yüksələ, həmçinin 30 və daha aşağı yerlərdə qərarlaşan ölkələrdən heç biri bu siyahıdan kimisə sıxışdıra bilməyəcək. 18-29-ci yerlər arasında yalnız yerdəyişmələr baş verəcək. Onu da bildirək ki, 5 il öncəki nəticənin silinməsi ölkəmizin işinə yarayacaq. Belə ki, Azərbaycan növbəti mövsümə 22-ci pillədə başlayacaq. Əslində həmin silinmədən sonra iki ölkəni – İsrail və Rumıniyanı geridə qoyacağıq. Buna rəğmən, bir pillə irəliləməyimizin səbəbi Belarusun bizdən önə keçməsi ilə bağlı olacaq. Beləliklə, növbəti mövsümün startı zamanı 18-29-cu yerlərdəki ölkələrin sıralamasını diqqətinizə çatdırırıq:
18. Cənubi Kipr (18.800)
19. Polşa (17.000)
20. Belarus (16.875)
21. İsveç (16.775)
22. AZƏRBAYCAN (16.625)
23. Serbiya (16.250)
24. İsrail (16.000)
25. Şotlandiya (15.375)
26. Qazaxıstan (15.000)
27. Norveç (14.825)
28. Rumıniya (13.575)
29. Bolqarıstan (13.500)
Yeri gəlmişkən, həftəiçi keçirilən avrokubok matçlarından sonra klubların da UEFA reytinqi açıqlanıb. Baş tutan qarşılaşmalar son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə də müəyyən dəyişikliklərə səbəb olub. Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı təmsilçimiz olan “Qarabağ”ın da mövqeyi dəyişib və ağdamlılar 1 pillə geriləyib. İlk “yüzlük”dəki yeganə təmsilçimizi indiyədək şəriki olan “Lokomotiv” keçib. Rusiya klubu evdə Fransa “Nitsa”nı məğlub etməklə (1:0) bunu bacarıb. “Dəmiryolçular” qazanılan 2 əmsalla 62-ci sıraya şərik olub. 69-cu pilləyə şərik olan “Qarabağ” isə artıq 70-ci yeri bölüşən üç komandadan biridi. Qurban Qurbanovun yetirmələri ilə eyni əmsala malik BATE (Belarus) və “Yanq Boyz” (İsveçrə) da 70-ci yerə şərikdi. Lakin təmsilçimiz bu mövqeni də itirə bilər. Çünki üç İspaniya klubu “Qarabağ”ı izləməkdə davam edir. “Betis”, “Selta” və “Real Sosyedad” cəmi 0,101 əmsal geridədi. Digər komandalarımızın mövqeləri dəyişməz qalıb. “Qəbələ” hesabındakı 5,250 əmsalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 qazancla 244-cü yeri bölüşən 13 komanda arasında yer alıb. Qeyd edək ki, siyahıya 150,000 əmsala malik “Real” başçılıq edir. “Bavariya” isə 2-ci olan “Barselona”ya şərik çıxıb.
FARİZ

Son xəbərlər

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

"Neftçi"də ciddi itki

Bütün xəbərlər