Sizin reklam burada

“Ələt” Banişevski turnirinin qalibi oldu

Title
“Ələt” Banişevski turnirinin qalibi oldu
“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin dünyaya gəlişinin 72-ci ildönümünə həsr olunmuş turnirə dünən yekun vurulub. AFFA, MOK, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə həvəskar komandalar arasında keçirilən yarışın həlledici görüşündə “Ələt”lə “Qobustan” qarşılaşıb. Oyun “Ələt”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Çempion komandadan Şamxal Məlikov turnirin ən məhsuldar oyunçusu olub. Final görüşü başa çatandan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.