Qadın şahmatçıların ölkə çempionatı həlledici mərhələyə qədəm qoyur. Dünən 6-cı turun oyunları keçirilib. Gülnar Məmmədova (2357) – Xanım Balacayeva (2319), Türkan Məmmədyarova (2255) – Zeynəb Məmmədyarova (2355), Səbinə İbrahimova (2222) – Nərmin Söyünlü (2008) və Jalə Babazadə - Samirə Babayeva (1842) görüşündə qalib müəyyənləşməyib. Aydan Höccətova (2336) Ülviyyə Fətəliyevanı (2384), Günay Məmmədzadə (2333) İradə Əhmədovanı (1641), Nərmin Məmmədova (2213) Süsən Məmmədovanı (1838), Gövhər Beydullayeva (2238) Aytac Heydərovanı (1907), Ayan Allahverdiyeva (1948) Səbinə Rzalını (1704), Aynur Kətanova (1893) isə Ləman Hacıyevanı (1944) məğlub edib.
Xal durumu: Balacayeva – 5, Höccətova – 4,5, Z.Məmmədyarova, T.Məmmədyarova, G.Məmmədova, Məmmədzadə - 4, Fətəliyeva, Söyünlü, N.Məmmədova – 3,5, İbrahimova, Beydullayeva, Əhmədova, Allahverdiyeva - 3, S.Məmmədova – 2,5, Heydərova, Kətanova, Rzalı – 2, Babayeva – 1,5, Hacıyeva, Babazadə - 1.
Bu gün 7-ci turun qarşılaşmaları baş tutacaq: Höccətova – Balacayeva, Z.Məmmədyarova – G.Məmmədova, Məmmədzadə - T.Məmmədyarova, N.Məmmədova – Fətəliyeva, Söyünlü – Allahverdiyeva, Beydullayeva – İbrahimova, Əhmədova – S.Məmmədova, Babayeva – Kətanova, Hacıyeva – Heydərova, Rzalı – Babazadə.