Saşa Yunisoğlu futbol məktəbi açıb
Aylıq ödəniş 40 manatdı
Hazırda klubsuz olan Saşa Yunisoğlu futbol məktəbi açıb. Əslində sabiq yığma üzvü futbolçu karyerasını bitirməyib. Sadəcə, o hazırda klubsuzdu və vaxtını boş keçirməmək qərarına gəlib. Belə ki, Yunisoğlu “Azərbaycan İdman İstedadları Mərkəzi” adlı futbol məktəbi açıb. Məşqlər “İnter Arena”nın meydanlarında keçirilir, 7-13 yaşlı uşaqlar cəlb olunur.
Detallarla bağlı Saşanın özü ilə danışdıq: “Düzü, bu dostumun ideyasıdı. Rafael Yusifov ötən il “İnter” akademiyasının direktoru idi. Futbolu dərindən bilən biridi. Onunla birgə fikirləşib belə bir qərara gəldik. Düşündük ki, azərbaycanlı uşaqlar üçün mərkəz açaq. Yəni istedadları üzə çıxarıb klublara göndərək, ölkə futboluna fayda verək. Açığı, futbolçu karyeramı bitirməmişəm və bitirmək fikrim də yoxdu. Paralel olaraq bu işlə də məşğul oluram. C kateqoriyam var, özüm üçün də təcrübədi. “Azərbaycan İdman İstedadları Mərkəzi” “İnter Arena”nın 4-cü meydançasında fəaliyyət göstərir. Yusifovla məndən başqa Hüseyn Məhəmmədov da burdadı. Məhəmmədov qapıçılarla işləyir. Yaxşı ideyadı, sağ olsun, Hüseyn müəllim də razılıq verdi. Artıq bir aydı fəaliyyət göstəririk. Biz açıq havada məşq keçirik, bəzi valideynlər soyuğa görə ehtiyat edir. Hələ ki 50 nəfərə yaxın uşaq var. Ancaq biz bundan 10 dəfə çox olmasını planlaşdırırıq. Həmçinin gələcəkdə tanınmış məşqçi-müəllimləri də dəvət etmək fikrindəyik. Artıq kimləri çağıracağımızı bilirik. Lakin adları açıqlamaq istəmirəm, çünki razılıq olmadan bunu demək doğru deyil. Həftənin cüt günləri saat 15.00-19.00 aralığında məşq keçirik. Daha aşağı yaş qrupları öncə, bir qədər böyüklər isə sonra gəlirlər. Təbii, məşqlər ödənişlidi. Aylıq 40 manatdı. Stadionun icarə haqqını nəzərə almalıyıq. Ancaq onu deyim ki, ilk 3 məşq pulsuzdu. Çünki həm uşaq özü, həm də valideynlər baxmalıdı. İstedadlı uşaqlar isə pul ödəmir. Bizdə 3-4 nəfər beləsi var. Gələcəkdə həmin uşaqları başqa klublara verəcəyik. Məqsədimiz odu ki, ölkə futbolu üçün istedadlı uşaqlar tapaq, kömək edək. Vətənimiz üçün sağlam bədənli uşaqlar yetişdirək”.
FARİZ

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər