Əvvəl elə bilirdim “Neftçi” təkcə bakılılarındı. Ağ-qara rənglərə ancaq və ancaq paytaxtda doğulub böyüyənlər könül veri(r)b. Amma zamanın köməyi ilə özlüyümdə bir şeyi müəyyənləşdirdim: “Neftçi” sevgisi sərhəd tanımır. Lənkəranlının da, qubalının da, lap elə Gürcüstanda yaşayan azərbaycanlının da ürəyinin bir küncündə bu kluba müəyyən mənada rəğbət gizlənir. Təbii, söhbət komandanın uğurlarını görmək istəyən, bakılıların ölkəmizi Avropada layiqincə təmsil etməsini arzulayanlardan gedir, şəxsi mənafeyini düşünüb, cibini doldurmaq sevdasına düşənlərdən yox. İllərdi futbolda saç ağardırıq, biriləri ağzını açanda nə demək istədiyi dərhal məlum olur.
Kamran Quliyevin Orxan Hüseynzadənin boşaltdığı posta gə(tiril)lməsini görəndə, məsələyə “toplananların yerini dəyişəndə cəm dəyişmir” prizmasından yanaşmışdın. Yəni şəxsi fikrim beləydi ki, hər ikisi də AFFA-nın baş katibi Elxan Məmmədovun yaxın adamları, kadrlarıdı. Təfəkkürləri də eynidi, niyyətləri də. Quliyev də bir müddət işlədikdən sonra Elnur Məmmədov və Orxan Hüseynzadə kimi səssiz-səmirsiz yola salınacaq. Adını da “şəxsi işlərinin çox olmasına görə istefa verdi” qoyacaqlar. Hər il gördüyümüz mənzərədi. Başqa nə düşünəsən? Di gəl ki, Kamran Quliyevin son 4-5 gündə verdiyi açıqlamaları oxuyandan sonra nikbin olmağa məcbursan.
1. ”Neftçi”yə yeni prezidentin təyinatı ilə PFL başqanı Ramin Musayevin Tərlan Əhmədovun ünvanına səsləndirdiyi fikirlər təxminən eyni vaxta təsadüf etdi. Musayev “ağ-qaralar”ın çalışdırıcısına açıq-aşkar hədə-qorxu gəlmiş, onu cəzalandıracağını demişdi. Quliyev nə etdi? Bütün mümkün riskləri göz önünə alıb, çoxlarının ünvanına adi kəlmə işlədə bilmədiyi PFL rəhbərinə mesaj göndərdi ki, bəs nə qədər mən varam, Tərlan Əhmədova da, “Neftçi”yə də heç kim heç nə edə bilməz. Bir prezident kimi sinəsini komandanın əziyyətini çəkən baş məşqçi üçün sipər etdi. Özü də kimin qarşısında? Ramin Musayevin. Zarafat deyil, olduqca ciddi məsələdi.
2. Yeni gələn prezidentlər nə edir? Vaxtilə birgə çalışdığı şəxslərin hamısını ətrafına toplayır. Klub rəsmisi kimi “sağ əli”ni müəyyənləşdirir və cibini doldurmaq üçün yaxından tanıdığı məşqçini komandanın başına gətirir. Bəli, Quliyev Ceyhun Sultanovu “Neftçi”də görmək istədi və buna nail oldu. Səbəbi sadədi. “Sumqayıt”ın son iki ildəki yüksəlişinin səbəbkarı hər nə qədər Samir Abasovdusa, bir o qədər də Ceyhun Sultanov idi. İllərini futbola qurban vermiş, sosialyönlü adam olmasına baxmayaraq, özünəməxsus xarakteri ilə seçilən, qarşısındakının niyyətinin gözünün içindən “oxuyan” Sultanov. Odu ki, yeni idman direktorunun təyinatı “ağ-qaralar”ın xeyrinə ola bilər. Maraqlıdı, Kamran bəy bir dəfə də olsun, Samir Abasovun “Neftçi”də peyda olacağına dair açıqlama verib? Yaxud hansısa fikrində buna işarə hiss olunub? Məntiqlə, yeni “Sumqayıt” yaratmaq istəyinə düşən adam Abasovu da gətirməlidi, indidən siqnal verməlidi. Demədi, əksinə, Tərlan Əhmədovdan bərk yapışmağın vacibliyini söylədi. Elə bu faktdan hiss olunur ki, prezidentin niyyəti klubu, komandanı şəxsi maraqlarına görə parçalamaq yox, hazırkı “material”a uyğun nəsə etməkdi.
3. Srağagün klubun “İsmət Qayıbov”dakı bazasında jurnalistlərlə söhbət edən Kamran bəyin sumqayıtlı azarkeşlərlə bağlı atacağı maraqlı addım diqqəti çəkməyə bilməz. 7 ilini “Sumqayıt”da keçirən rəhbər hələ də ayrılığı özünə bağışlamır, sumqayıtlı tərəfdarların qəlbini qırdığının fərqindədi. Buna görə də azarkeşlərə açıq məktub yazmaq fikrinə düşüb. Azərbaycanlı klub prezidentinin azarkeşlərə üzrxahlıq məktubu yazdığını harda görmüsüz? Adi görüşlərinə belə getmirlər, o ki qalmışdı müəyyən vaxt tapıb məktub yazsınlar. Məhz bu addım “Neftçi”nin yeni başqanının insani keyfiyyətlərindən xəbər verir. O deməkdi ki, Kamran Quliyev Orxan Hüseynzadə kimi gününü qışda isti, yayda sərin olan kabinetdə keçirməyəcək. Jurnalistə müsahibə verməyə də vaxt tapacaq, azarkeşlərin görüşünə getməyə də. Lap elə hansısa oyunu “Forza Neftçi”lilərin arasında izləməyə də.
4. “Hazırkı “Neftçi”də işləmək üçün bir insanda üç xüsusiyyət olmalıdı: dürüstlük, fədakarlıq və sadiqlik” – bu sözlərin AFFA-nın “şinel”indən çıxan birinin beyninin “məhsul”u olduğuna inanmaq çətin olsa da, Kamran Quliyev deyib. Düzdü, ona qədər gəlib-gedənlər də düzgünlükdən danışıblar. Amma bu dərəcədə geniş izahla yox. Hiss olunur ki, əzbərlənmiş və danışmaq xatirinə işlənən sözlər deyil. Bu sözləri ancaq “Neftçi”nin hansı məna kəsb etdiyini dərindən anlayanlar jurnalistin gözünün içinə baxa-baxa deyə bilərdi. Necə ki, Kamran Quliyev dedi.
Bütün bunları qeyd etməklə ölkənin ən köklü klubunun prezidentini mələk qismində təqdim etmək fikrindən uzağam. Əlbəttə, Quliyevin uzun illər çalışdığı “Sumqayıt”da da nöqsanlar az olmayıb. “Milliləşdirilmişlər”ə açılan qucaq, Nicat Muxtarovun kabel oğurluğuna məcbur edilməsi, akademiyada tez-tez baş verən kadr dəyişikliyi və s. Sadəcə, deməyim odu ki, bu adamın ilk addımları xoş gələcəkdən xəbər verir. Təki elə olsun. Yox, 3-5 aydan sonra “Neftçi” Elnur Məmmədovla Orxan Hüseynzadənin dönəmindəki günlərini xatırladacaqsa, vay rəhbərliyin halına. Ramin Musayevin sözü olmasın, ləzgi xəncəri ilə başlarını kəsəcəm. İndiki məqamda isə yalnız “xeyirli-uğurlu olsun” deyirəm.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər