Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib
Fərhad Vəliyev: “Qazanacağımız uğura onlar da çox sevinəcək”
Cari mövsümdə “Sumqayıt”ın sərgilədiyi oyun, qazandığı nəticələr göz önündədi. 7 il əvvəl yenidən ölkənin futbol ailəsinə dönən, yeni prezidentlə çətin yolun başlanğıcına çıxan “kimyaçılar” geridə qalan illərdə Azərbaycan futboluna yeni ab-hava gətirdi desək, yanılmarıq. Bu gün istər U-21-in, istərsə də əsas yığmanın şərəfini qoruyan futbolçuların əksəriyyətinin yolu “ağ-göylər”lə kəsişib, bu komandanın formasını geyinib. Kamran Quliyev - Ceyhun Sultanov tandemi isə bəlkə də son 3 ildə ən çox adından söz etdirən futbol funksionerləri olublar. Cütlüyün gördüyü işlər göz qabağındadı. Bir neçə il əvvəl bir çox klubların asan 3 xal mənbəyi kimi baxdığı komanda bu yay ölkəmizi Avroliqada təmsil etməyə ən real namidələrdəndi. “Sumqayıt”ın futbol akademiyasının komanları çıxış etdikləri liqalarda heç də pis təsir bağışlamırlar. Bütün bunları görən sumqayıtlı azarkeşlər, futbolsevərlər də çox sevinir, hər oyunda komandanın yanında olur, gələcəyə ümidlə baxırdı. Bir sözlə, prezidentin idarəçilik qabiliyyəti, baş menecerin futbol savadı “Sumqayıt”ı ölkənin sayılıb-seçilən klublarından birinə çevirmişdi. Və belə bir məqamda, gözəgörünməz, ancaq varlığını hər zaman hiss etdirməyi bacaran qüvvələr “Sumqayıt”ı başsız qoymağı lazım bildilər. Artıq nə Quliyev, nə də Sultanov “kimyaçılar”ın rəhbərliyində təmsil olunur. Cütlük bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq. Çox vaxt “əvəzolunmaz insan yoxdu” deyib, ardınca da bu məsələ uyğun yetərincə nümunələr göstərirlər. Bu deyimlə müəyyən qədər razılaşmaq olar. Ancaq onu da etiraf edək ki, yeri görünən şəxslər daim olub, var və olacaq.
Təsadüfi deyil ki, “ağ-göylər”in baş məşqçisi Samir Abasov Kamran bəyin “Neftçi”yə prezident təyin olunmasına çox duyğusal, bir qədər də “yuxarılar”a ismarıc formasında fikir bildirməklə yadda qaldı: “Özümüzü təklənmiş, alçalmış hiss etdik”. Hələ onda Sultanovun “ağ-qaralar”a yollanacağı məlum deyildi. Ancaq Abasov yaxşı başa düşürdü ki, Quliyev Ceyhun bəyi çox keçmədən yanına aparacaq, uğurlu işbirliyinin davamı olaraq, “Neftçi”də də birgə çalışacaqlar. Bunu göz önünə alan, düşündüyünü dilə gətirməkdən çəkinməyən Samir bəy onu da yaxşı başa düşür ki, futbol klubu zavod və ya fabrik deyil ki, mühəndis təfəkkürü ilə idarə edilsin və hər məşqdən və ya oyundan öncə ən azı bir saat mühazirəyə qulaq assın.
Çoxları, o cümlədən sumqayıtlı azarkeşlər Quliyevlə Sultanovu komandanı yarıyolda qoyub getməkdə ittiham etdilər, onlardan incidilər. Bəlkə də tərəfdar bunda haqlıdı. Ancaq hər bir şəxsin həyatda irəli getmək, qazandığı uğurun bəhrəsini görmək hüququ var. 7 il “Sumqayıt”da bakalavr təhsili alan Kamran bəy də magistraturanı “Neftçi”də davam etdirmək istədi. Ceyhun bəy isə futbolçu kimi heç vaxt formasını geymədiyi “Neftçi”nin gələcək uğurlarında pay sahibi olub, bacarıqlı futbol funksioneri kimi özünü təsdiq etmək qərarı verdi. Cütlüyün ölkənin ən köklü klubundakı gələcək fəaliyyətinə zaman qiymət verəcək. Ancaq fakt budu ki, Quliyev - Sultanov tandemi “gənclik şəhəri”nin tarixinə düşməyi bacardılar.
Klubdakı dəyişiklərlə bağlı “Sumqayıt”ın futbolçularının fikirlərini bilmək maraqlı olardı. Bu üzdən onların bəziləri ilə danışmağı lazım bildik. Bu məqəsdlə öncə “kimyaçılar”ın kapitanı Vurğun Hüseynovla əlaqə saxladıq: “Açığı, Kamran Quliyevlə Ceyhun Sultanovun komandadan getməsi hamımız üçün gözlənilməz oldu. Heç vaxt ağlıma gəlməzdi ki, belə hal yaşana bilər. Ancaq olan oldu və hər ikisinə yeni klubunda uğurlar arzulayıram. Artıq 5 mövsümdü ki, “Sumqayıt”ın şərəfini qoruyuram. Bu komanda pillə-pillə quruldu və bunun da nəticəsi cari mövsümdə özünü göstərir. “Sumqayıt”ın əsas üstünlüyü ondadı ki, burda ailə ab-havası formalaşıb və hamı bir-birinə hörmətlə yanaşır. Bunu formalaşdıran isə klub rəhbərliyi və məşqçilər korpusu olub. Hansısa futbolçunun bir probelmi olanda heç nədən çəkinmədən Samir Abasova və Ceyhun Sultanova yaxınlaşıb dərdini deyə bilirdi. Kamran müəllim də daim kollektivin qayğısına qalıb. Heç nəyə baxmadan yolumuza davam edib, baş məşqçimizin rəhbərliyi altında sona qədər mübarizə aparacağıq”.
“Ağ-göylər”in təcrübəli qolkiperi Fərhad Vəliyev də qəfil dəyişiklikdən təəccübləndiyini söylədi: “Kamran Quliyevin “Neftçi”yə prezident təyin olunduğunu biləndə, açığı, əvvəlcə elə başa düşdüm ki, bu bir zarafatdı. Ancaq durumun real olduğunu başa düşəndə təəccübləndim. Kamran müəllimin gedişindən sonra bilrdim ki, Ceyhun Sultanov da qısa müddətdə onun yanına yollanacaq. Hər ikisinə yeni iş yerində uğurlar arzulayıram. Həvəsdən düşmədən yolumuza davam edib, qarşıya qoyulan məqsədə çatmağa çalışacağıq. Məncə, bizim qazanacağımız uğura onlar da çox sevinəcək. Çünki bu komandanın formalaşmasında hər ikisinin zəhməti olub”.
RƏŞAD

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər