Srağagün futbol üzrə U-19 liqasının 17-ci turunun oyunları keçirilib. “Bayıl Arena”da “Qarabağ”ı qəbul edən “Səbail” Ağdam təmsilçisini 3:1 hesabı ilə məğlub edib. Matçda diqqəti çəkən məqam Rəşad Sadıqovun “köhlən atlar”ın baş məşqçisi kimi texniki zonada yer almasıdı. Belə ki, Sadıqov U-21-in baş məşqçi təyin olunandan sonra "Qarabağ"ın U-19 komandasında tutduğu postdan ayrıldığını bildirmişdi. “Qarabağ”ın kapitanı AFFA-nın rəsmi saytına açıqlamasında da "Qarabağ"dakı məşqçilik fəaliyyətini başa vuracağını açıqlamışdı. Hətta Qurban Qurbanov da artıq Rəşadın "Qarabağ"ın U-19 komandasında çalışmayacağını bildirmişdi. Onun yerinə isə müvəqqəti olaraq Zaur Həşimov təyin olunmuşdu. Amma görünən budu ki, Rəşad istefa versə də, bu gün də "Qarabağ"ın U-19 komandasını oyuna çıxarır.
Məsələyə aydınlıq gətirmək üçün “köhlən atlar”ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq: “Daha öncə belə fikir olub. Ancaq cari mövsümdə U-21-lə bağlı cəmi 12 günlük proqram var. Bu səbəbdən Rəşad Sadıqovun U-19-da işini davam etdirməsi U-21-dəki fəaliyyətinə problem yaratmayacaq. Onu da nəzərə almaq lazımdı ki, Sadıqov məşqçi karyerasına məhz həmin komandada başlayıb. Bu gün heyətdə yer alanların da böyük əksəriyyəti milli üzvləri olduğundan onları yarıyolda qoyub getmək istəmir. U-19 liqasında çempionatın başa çatmasına 10 tur qalıb. Mayda isə Sadıqov “Qaqrabağ”ın U-19-dan ayrılacaq”.
RƏŞAD