Moskvada təşkil olunan şahmat üzrə “Aeroflot Open” turniri davam edir. Dünən 3-cü turun oyunları keçirilib. A turnirində iştirak edən Rauf Məmmədov (2709) növbəti qələbəsini argentinalı Alan Piçot (2552) üzərində qeyd edib. Yığma üzvü 2 xalla 22-ci yerə yüksəlib. B turnirində Vüqar Əsədli (2449) çinli Qi Çeni (2359) məğlub edibsə, Nərmin Xələfova (2234) rus Aleksandr Demanyuka (2333) uduzub. Əsədli 2,5 xalla ilk “10-luğ”u qapayırsa, ondan 2 xal geri qalan Xələfova 119-cu pillədə qərarlaşıb. Bu gün 4-cü turun görüşləri baş tutacaq.