Qadın şahmatçılar arasında ölkə çempionatı ekvator xəttini keçib. Dünən 5-ci turun oyunları baş tutub. Xanım Balacayeva (2319) son çempion Günay Məmmədzadəyə (2333) qalib gələrək vahid lider olub. Zeynəb Məmmədyarovanın (2355) Ülviyyə Fətəliyevanı (2384) üstələməsi də Balacayevanın işinə yarayıb. Gülnar Məmmədova (2357) Süsən Məmmədovanı (1838), Türkan Məmmədyarova (2255) Səbinə İbrahimovanı (2222), Aydan Höccətova (2336) Gövhər Beydullayevanı (2238), Nərmin Söyünlü (2008) Aytac Heydarovanı (1907), İradə Əhmədova (1641) Səbinə Rzalını (1704), Nərmin Məmmədova (2213) Samirə Babayevanı (1842), Ayan Allahverdiyeva (1948) isə Ləman Hacıyevanı (1944) məğlub edib. Turun yeganə heç-heçəsi Aynur Kətanova (1893) – Jalə Babazadə (1854) görüşündə qeydə alınıb.
Xal durumu: Balacayeva – 4,5, Fətəliyeva, Z.Məmmədyarova, Höccətova, T.Məmmədyarova, G.Məmmədova – 3,5, Məmmədzadə, Söyünlü, Əhmədova – 3, İbrahimova, S.Məmmədova, N.Məmmədova – 2,5, Beydullayeva, Allahverdiyeva, Heydərova, Rzalı – 2, Hacıyeva, Babayeva, Kətanova - 1, Babazadə - 0,5.
Bu gün 6-cı turun qarşılaşmaları baş tutacaq: G.Məmmədova – Balacayeva, Fətəliyeva – Höccətova, T.Məmmədyarova – Z.Məmmədyarova, Məmmədzadə - Əhmədova, İbrahimova – Söyünlü, S.Məmmədova – N.Məmmədova, Heydərova – Beydullayeva, Allahverdiyeva – Rzalı, Kətanova – Hacıyeva, Babazadə - Babayeva.