“Neftçi”yə rəhbərlik edənlərin, bu kluba gətirilib-yola salınanların, azarkeşlərin gözünə kül üfürməyə çalışanların ən çox xoşladığı şey klubun tarixindən danışmaqdı. “Neftçi”nin ölkənin ən qocaman klubu olduğunu heç kim danmır. Dəfələrlə bu mövzuya toxunub, fikirlərimizi də paylaşmışıq.
Tarix öz yerində, amma təkcə onunla da yaşamaq olmaz axı. Bir baxmalısan ki, həmin o tarixi bu gün necə yaşadırsan, indi hansı vəziyyətdəsən? “Neftçi” azarkeşləri, klubun başına yeni keçənlər hər dəfə “Neftçi” topu”ndan danışır, ağ-qara televizorları açanda “Neftçi”nin oyununa baxdıqlarını xatırladırlar. Ondan sonra da keçirlər “Neftçi”ni “Qarabağ”la müqayisə etməyə. Daha demirlər ki, “Neftçi” hardadı, “Qarabağ” harda?! “Neftçi” üçün Avropa məcarası başlamamış bitib. Bakılıların Çempionlar Liqası səviyyəsində rəqib gözüylə baxdıqları “Beşiktaş” üçün də avrokubok mövsümü çoxdan bağlanıb. Amma “Qarabağ” avrokuboklarda fevralı da yola salıb, martı qarşılamağa hazırlaşır. Özü də Çempionlar Liqasının qrupundan gəlmiş “Braqa” üzərində qazandığı möhtəşəm qələbə ilə. O müqayisələri edənlər bu cür reallıqlara baxırlarmı? Baxırlarsa, “nə üçün belədi” sualına da cavab axtarmalıdılar.
Dəyərli həmkarım Kənan Məstəliyev yaxınlarda “Neftçi” ilə bağlı acınacaqlı statistika paylaşmışdı. Acı gerçəklikdi. “Neftçi”nin üç əcnəbi hücumçusu bu mövsüm premyer-liqada qol vurmayıb. Həmin statistika paylaşılanda Andre Şinyaşiki 16 oyunda meydana çıxmışdı, Yeqor Boqomolski isə 14 dəfə. Lukas Melano 10 oyunda şans qazanmışdı. Bu üç nəfərin toplamda vurduğu qol sayı sıfra bərabər idi. “Araz Naxçıvan”la oyun bu paylaşımdan sonra keçirildi. “Neftçi”nin tarixinə daha bir biabırçı məğlubiyyət yazıldı. Həmin görüşdə də “Neftçi” qol vurmağı bacarmadı. Həmin qol sayı təkcə acı statistika deyil. Elə Fərrux Mahmudovun da, Kamil Məmmədovun da, “Neftçi”nin gəlmiş-getmiş əcnəbi çalışdırıcılarının da işinin qiymətidi. Adını sadaladıqlarımın ölkənin ən qocaman klubuna verdiyi faydanın göstəricisidi. Adrian Mutu getdi, Miodraq Bojoviç gəldi. Nə dəyişdi, cənablar? Heç bir şey. Onda nə üçün rumınlara təzminat verib, yola saldılar? Bilirəm ki, bunun cavabını heç kim verə bilməyəcək.
Ötən il avqustun 10-da Fərrux bəy müsahibələrinin birində belə demişdi: