Koreyanın Pxençxan şəhərində davam edən 23-cü Qış Olimpiya Oyunlarında yeganə təmsilçimiz Patrik Braxnerin fevralın 18-də dağ xizəyi üzrə böyük slalom yarışında iştirak etməməsinin səbəbi müəyyənləşib. Milli Olimpiya Komitəsinin yaydığı məlumata görə, bu, 26 yaşlı idmançının yalnız slalom yarışına köklənmək istəyi ilə bağlıdı. Avstriyalı legioner bunu böyük slalomun slaloma nəzərən daha çətin yarış olması ilə əlaqələndirib. Fevralın 22-də keçiriləcək slalom yarışına ümumilikdə 102 idmançı sifariş olunub. Hərçənd Braxnerin daha öncə böyük slalomda çıxış edəcəyi bildirilmişdi. Patrikin sonradan fikrini dəyişməsi qaranlıq məsələdi. İstənilən halda, olimpiyaçımız slalomda iddiaçılardan sayılmır. Braxnerin hətta ilk “10-luq”da yer alması belə böyük nəticə sayılır. O ki qaldı digər məsələlərə, bu haqda Patrik çıxışını başa vurandan sonra danışarıq.