Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı
Bir idmançının yetişməsi üçün ayda 15 min dollar lazımdı
Neftin qiymətinin dünya bazarında sürətlə artan vaxtlarında ölkəyə böyük pul kütləsi axırdı. 2008-13-cü illərdə neft gəlirləri dövlətin əl-qolunu açmışdı. Hökumət bu illərdə bir çox sahələrə olduğu kimi, idmana da yetərincə vəsait ayırırdı. Hətta bizim üçün qeyri-ənənəvi idman növlərinə də diqqət ayırırdılar. Bunlardan biri də böyük tennis idi. Milli Məclisin sədri Oqtay Əsədov Tennis Federasiyasının (AzTF) prezidenti seçildikdən sonra bu sahədə infrastruktur yaradıldı. 2008-də Bakı Tennis Akademiyasının tikintisinə start verildi. Burda əsas arena ilə yanaşı, bir neçə tennis meydançası inşa edildi. 2011-dən 2015-dək isə qadınlar arasında WTA seriyalı “Bakı kuboku” keçirildi. Məqsəd tennisi ölkədə populyarlaşdırmaq və kütləviliyi artırmaq idi. Hər yarışın mükafat fondu 250 min dollar idi. Bir sözlə, 5 ildə təkcə “Bakı kuboku”na görə 1 milyon 250 min dollar xərcləndi. Nəticə? Bax, bu məsələdə Kərəmi ağlamaq tutur. Çünki bu qədər xərc və əziyyətin fonunda qarşıya qoyulan məqsədə çatılmadı. “Bakı kuboku”nda ölkəmizi Kamilla Fərhad, Nəzrin Cəfərova, Züleyxa Səfərova və Əminə Dik kimi yeniyetmə tennisçilər təmsil edirdi. Ancaq təcrübəsizlik onlara ikinci mərhələyə yüksəlməyə imkan vermirdi. İndi bu tennisçilərdən səs-səmir yoxdu. Ümumiyyətlə, dünyanın elit idman növlərindən biri hazırda ölkəmizdə durğunluq dövrünü yaşayır. Bunu yığmamızın baş məşqçisi Yalçın Manaflı ilə söhbətdə də hiss etmək çətin deyildi.
Mütəxəssis hazırkı durumdan, problemlərdən və görülməli olan işlərdən danışdı: “Bizdə hər idmançının fərdi planı var və ona uyğun hazırlaşır, yarışlara qatılırlar. Maya Həşimova 14 yaşadək tennisçilər arasında ABŞ-da keçirilən qeyri-rəsmi dünya çempionatında iştirak edib. Tamerlan Əzizov İstanbulda həmin yaş qrupu üzrə beynəlxalq turnirdə qüvvəsini sınayıb. Serbiyadan legioner var idi. İslamiadanın iştirakçısı olub. Həm ümidləri doğrultmadı, həm də onunla müqavilənin müddəti başa çatdığından yolları ayırdıq. Bizdə hər il 8 beynəlxalq yarış keçirilir. Bu il aprelin 15-dən silsilə 4 turnir baş tutacaq. Bunlar yeniyetmələr arasında keçirilən yarışlardı. Bura ən azı 12-14 ölkənin tennisçiləri gələcək. Bu il ölkə çempionatını martın sonu – aprelin əvvəllərində keçirməyi planlaşdırırıq.
Vaxtilə “Bakı kuboku”nda çıxış etmiş yerli tennisçilər idmandan uzaqlaşıb. Onlar ali təhsil alaraq başqa sahədə çalışmağa üstünlük veriblər. Məsələn, Kamilla Fərhad indi Fövqəladə Hallar Nazirliyində işləyir.
Təəssüf ki, tennis üçün lazımi infrastruktur hələ ki ancaq Bakıda var. Bu məsələni dəfələrlə qaldırmışam. Ölkədə tennisin coğrafiyasını genişləndirmək lazımdı. Ölkə çempionatına yalnız Salyandan bir-iki nəfər qatılıb. Qalanları Bakı klublarının yetirmələridi.
Yeniyetmələrdən ibarət yığmamızın əksər üzvləri perspektivlidi. Ancaq onları inkişafı üçün maliyyə lazımdı. Məşqçilərimiz orta səviyyəlidi. Bu kadrlarla da yaxşı tennisçi yetişdirmək olar. Amma əsas məsələ maliyyə və idmançının zədələrdən qorunmasıdı. Hələ kompleks şəkildə qidalanma və vitamin təminatı yetərli səviyyədə deyil. Bir neçə il əvvəl maliyyə daha çox ayırılırdı. Əsas problem tennisə axının azalmasıdı. 2010-12-ci illərdə Bakı Tennis Akademiyasına çoxlu uşaqlar gəlib yazılırdı. Lakin son illərdə artım yoxdu. Əvvəlki axını görmürük. İndi akademiyada 70-80 nəfər tennislə məşğul olur. Yaxşı nəticə əldə etmək istəyirsənsə, yanvarın ortalarından evi tərk edib, bir də dekabrın axırında qayıtmalısan. Bu müddət ərzində yarışlarda və təlim-məşq toplanışlarında olmalısan. Bu isə böyük vəsait tələb edir. ABŞ-da təhsil alan Fidan Xəlilzadənin yaxşı perspektivi var. O, orda kollecdə oxumaqla yanaşı, tennis oynayır, müxtəlif yarışlara qatılır.
Tanınmış rusiyalı mütəxəssis Şamil Tarpişev NTV-də demişdi ki, yaxşı tennisçi yetişdirmək üçün bir neçə bəndə əməl olunmalıdı. Bunlardan biri valideynlərin idmançıya maneə yaratmaması və ona kömək göstərməsidi. İkincisi, yaxşı tennisçinin yaxşı məşqçisi olmalıdı. Üçüncüsü isə 1 milyon puldu. Həqiqətən çoxlu pul lazımdı. Tennisçi ATP və ya WTA reytinqinə daxil olmaq istəyirsə, aylıq xərci ən azı 10-15 min dollar təşkil etməlidi.
Açığı, mətbuatın tennisə marağı da azdı. Həm telekanalları, həm də yazılı KİV-i nəzərdə tuturam. Mətbuat tərəfindən bizə daha çox diqqət ayrılsa, inkişafımıza töhfə olar. Humay Həşimova, Elvin Həşimov, Kənan Qasımov, İlyas Həsənli və başqa perspektivli tennisçilərimiz var. Ancaq onları daha da püxtələşdirmək və peşəkar səviyyəyə çatdırmaq üçün vaxt və maliyyə tələb olunur”.

Son xəbərlər

Yunan-Roma güləşində yeni rekord

"Barselona"nın futbolçusu "Mançester Yunayted"də

"Qarabağ"ın səhmləri satışa çıxarıldı

Millimiz Andorraya uduzdu

"Qarabağ" ikinci yoldaşlıq oyununda da bərabərə qaldı - YENİLƏNİB

Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazandı

Paralimpiyaçılarımızdan daha 4 medal

Güləşçimiz Avropa çempionatının finalında

"Çelsi" Rafinyanı transfer edir

Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib

"İstədiyimiz oyunçuların komandaya qoşulacağına inanıram" - Elmar Baxşıyev

"Qalatasaray" məşhur hücumçunu transfer edir

"Barselona" Levandovski üçün israrlıdı - Məbləği artırdı

"Qarabağ"ın oyunundan fotolar

"Zirə" məğlub oldu - YENİLƏNDİ

Lanqle İngiltərəyə gedə bilər

Region Kubokunun qalibi bəlli oldu - YENİLƏNDİ

"Qəbələ"nin sabiq üzvünün yeni klubu bəlli oldu

“Turan Tovuz” üçün şad xəbər: 1-i gəldi, 3-ü yoldadı

"Sumqayıt"da "yarpaq tökümü" davam edir: bu dəfə idman direktoru getdi

"Neftçi" ilə 2 illik müqaviləyə imza atan Regekampf indi də ...

"Cavab matçını evdə keçirməyimiz yaxşıdı" - Veşoviç

"Qarabağ" Almaniya klubu ilə bacarmadı - YENİLƏNİR

"Lex" heyətini gücləndirdi

"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

Portuqaliya Azərbaycana rəqib oldu

Baş məşqçi israr edir, Türkiyə klubu Ovusudan əl çəkmir

Transfer dosyesi - YENİLƏNİR

"Sabah"ın daha bir üzvü "Turan Tovuz"da

"Tam hazır olmasaq belə, döyüşəcəyik" - "Aris"in baş məşqçisi

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi başa çatıb

"Qarabağ"ın rəqibində gərginlik: baş məşqçi narazıdı

Kişilərdən ibarət milli komanda təlim-məşqlərə start verdi

"Neftçi" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

“Qəbələ”nin rəqibi təcrübəli hücumçusunu itirdi

"Sabah" qapıçı problemini necə həll edəcək? - AÇIQLAMA

"Bu hazırlığın faydasını gələcək oyunlarda görəcəyik" - Millinin baş məşqçisi

Krivotsyuk "Visla"ya lazım olmadı

Mahir Emreli oyunundan narazıdı

"Qarabağ"ın rəqibinin ilk qələbəsi

Azərbaycan Maltaya uduzdu

Mahir Emreli fərqləndi, "Dinamo" darmadağına sevindi - VİDEO

''Yuventus'' Türkiyə yığmasının forvardı ilə maraqlanır

Favr “Nitsa”ya qayıtdı, Qaltye isə Parisə yollanır

Bütün xəbərlər