• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Samir Abasovdan böyük oyun: kubok “Qarabağ”ın, 2-ci yer mənim olsun!

Ölkə futbolu / Manşet

10-02-2024, 15:0

Dünən ölkə kubokunun 1/4 final mərhələsinə yekun vuruldu.

"Zirə" "Səbail"i, "Qarabağ" "Sabah"ı, "Qəbələ" "Araz-Naxçıvan"ı, "Neftçi" "Sumqayıt"ı mübarizədən kənarlaşdırdı. Beləliklə, yarımfinal cütləri bəllidi. Aprelin 2-si və 23-də "Zirə" ilə "Qəbələ"nin, "Qarabağ"la "Neftçi"nin oyunlarına şahidlik edəcəyik.

Bəs arxada qalan mərhələni necə dəyərləndirmək olar? Ümumi mənzərə, nəticələr, geridə qalanlar və irəliləyən komandaların gələcək taleyinə nəzər salaq.

"Zirə" - "Səbail" (2:1, 3:0)
"Zirə" həlledici matça çox yaxşı hazırlaşmışdı, belə demək mümkündüsə, əziyyətinin bəhrəsini gördü. Premyer-liqanın son 10 turunda 3 qol vuran "qartallar" kubokun cavab görüşündə eyni sayda fərqlənərək "Səbail"i məyus etdi. Rəşad Sadıqovun komandası ölkə çempionatında da iddiasını qoruyur. Ümumiyyətlə, qəsəbə təmsilçisi üçün uğurlu mövsümdü. Amma bunu "Səbail"ə aid etmək olmaz. "Dənizçilər"in turnir cədvəlindəki yeri narahatdı. Şahin Diniyev mövsümün birinci yarısı sona çatanda avrokubok hədəfini etiraf etmişdisə, indi əmin danışa bilmir. Durum belə davam etsə, necə olacaq? Yəqin ki, "Səbail" ötən mövsümün sonuncu turlarını yaxşı xatırlayır.

"Qarabağ" - "Sabah" (7:1, 3:4)
"Qarabağ"ın üç cəbhədə gərgin mübarizəsi fonunda göstərdiyi oyun, əldə etdiyi nəticələr şərhə əlyeri qoymur. "Sabah"ın durumu isə qəlizdi. Əlbəttə, "bayquşlar" cavab oyununda qələbə qazandı. Tərəflər oyunun həyəcanını son ana qədər qoruyub-saxladı. Amma ilk oyundan sonra mərhələ adlamaq üçün möcüzə lazım idi ki, o da olmadı. Hər halda, “Sabah”a çempionata daha ciddi yanaşıb Avropaya açılan qapının açarını axtarmaq lazımdı. Hələ ki ümid var.

"Qəbələ" - "Araz-Naxçıvan" (1:1, 2:0)
"Qəbələ"nin mərhələ adlamasını isə bir qədər sürpriz saymaq olar. Çünki premyer-liqada geridə qalan 21 matçda ciddi uğurla yadda qalmayan "qırmızı-qaralar" Muxtar Respublika təmsilçisinə məğlub olmadan siyahıdan sildi. "Araz-Naxçıvan"ın xaosu isə davam edir. Daha dəqiqi, dərinləşir. Konfrans Liqasına vəsiqə qazanmaq uğrunda mübarizədən qopmamağa çalışan "qırmızı-ağlar" istəkli oyun göstərsə də, nəticə yoxdu. Azər Bağırov uğursuz axarın kubok oyunlarına sıçramasında mane ola bilmədi ki, artıq hər şey geridə qaldı. Komanda var gücüylə premyer-liqa sınaqlarından üzüağ çıxmağa çalışmalıdı.

"Neftçi" - "Sumqayıt" (3:2, 1:1)
Premyer-liqanın ilk "dördlük" üzvlərini növbəti mərhələdə görə bilərdik ki, "Neftçi" buna imkan vermədi. Başqa yolu da yox idi. Tələbkar azarkeşlərin çempionluqdan əlini üzən komanda ən azı kubok uğrunda mübarizədə geri çəkilməməyə məcbur idi. "Sumqayıt" isə premyer-liqanın "yaxasından yapışmalı" olacaq. "Kimyaçılar" var gücüylə çalışmalıdı ki, gümüş medallar uğrunda mübarizəni davam etdirsin.

İndi də mövsümsonu təxminlərə nəzər salaq. Bəli, "Qarabağ" kuboka ən iddialı namizədidi. Amma çox güman, Çempionlar Liqasına vəsiqə qazanacağından çempionatın gümüş medalçısı üçün şans yaranacaq. Yəni kubokun qalibi ilə çempion eyni olanda premyer-liqada 2-ci yeri tutan Avropa Liqasının 1-ci təsnifat mərhələsinə vəsiqə qazanır. Təbii ki, bu qayda premyer-liqadakı gərginliyi daha da artırır. Belədə Samir Abasovun məhz bu üzdən kuboku qurban verib premyer-liqaya "sarılmasının” səbəbini anlamaq çətin deyil. Çox güman, baş məşqçi "Sumqayıt"ın kubok matçlarında onsuz da "Qarabağ" səddini keçə bilməyəcəyini anlayıb gümüş medallar uğrunda mübarizə aparmağı üstün tutdu. Yəni kubokun qalibinə veriləcək Avropa Liqasına vəsiqəni dolayı yolla premyer-liqada 2-ci yeri tutmaqla əldə etmək istəyir. "Qurban vermək" sözü isə planın mahiyyətini gizlətmək məqsədilə işlədilmiş ifadədi. Təbii ki, bu amil "Neftçi", "Zirə" və "Qəbələ" üçün siqnal olmalıdı. Onlar "Qarabağ"ı bu turnirdə hər vəchlə dayandırmağa çalışmalıdı ki, premyer-liqadakı işlərini çətinə salmasınlar.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-07-2023, 18:0

Premyer-liqanın ilk 5 turunun cütləri bəlli oldu

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Premyer-liqa

21-07-2023, 16:0

Premyer-liqada mövsümün tam təqvimi

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 229
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə