Sizin reklam burada

Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi

Title
Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi
Qadın voleybolçular arasında Türkiyə çempionatında 21-ci turun oyunları keçirilib. “Fənərbaxça” səfərdə “Çanakkale Bələdiyyəsi”nə qalib gəlib – 3:1 (27:25, 22:25, 25:23, 25:22). Polina Rəhimova 24 xalla görüşün ən məhsuldar voleybolçusu olub. “Bəylikdüzü” Bursada “Nilüfər Bələdiyyəsi”nə uduzub – 2:3 (23:25, 21:25, 25:23, 25:14, 10:15). Yana Kulan 28 xalla ən məhsuldar voleybolçu ünvanını qazanıb. “Seramiksan” İstanbulda “Vakıfbank”la bacarmayıb – 0:3 (17:25, 12:25, 22:25). Odina Bayramova 5 xala sevinib. “Beşiktaş” isə gözlənilmədən səfərdə “Qalatasaray”ı üstələyib – 3:2 (25:23, 25:17, 20:25, 26:28, 15:12). Yalnız 3-cü setdə meydana çıxan Marqarita Əzizova blokdan 1 xal qazanıb. “Sarı-lacivərdlilər” 45 xalla ilk “3-lüy”ü qapayır. Hesabında 26 xal olan “Qartal” 7-ci pillədə qərarlaşıb. “Bəylikdüzü” 22 xalla 9-cu, bu komandadan 1 xal az toplayan “Seramiksan” isə 10-cu yerdədi. Növbəti turda “Seramiksan” “Fənərbaxça”nı, “Beşiktaş” “Nilüfər Bələdiyyəsi”ni, “Bəylikdüzü” isə autsayder “İlbank”ı qəbul edəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.