Qadın şahmatçılar arasında ölkə çempionatı davam edir. Dünən 2-ci turun oyunları keçirilib. Bu tur yığma üzvlərinin duelləri ilə əlamətdar olub. Bu görüşlər heç-heçə nəticələnib. Ülviyyə Fətəliyeva (2384) - Xanım Balacayeva (2319), Günay Məmmədzadə (2333) - Gülnar Məmmədova (2357), Zeynəb Məmmədyarova (2355) - Gövhər Beydullayeva (2238), Türkan Məmmədyarova (2255) – Aydan Höccətova (2336) qarşılaşmaları “sülh”lə yekunlaşıb. Həmçinin Süsən Məmmədova (1838) – Aynur Kətanova (1893) partiyasında qalib müəyyənləşməyib. Belədə Nərmin Məmmədovanı (2213) məğlub edən Səbinə İbrahimova (2222) vahid lider olub. Digər oyunlara gəlincə, Nərmin Söyünlü (2008) İradə Əhmədovanı (1641), Samirə Babayeva (1842) Ayan Allahverdiyevanı (1948), Ləman Hacıyeva (1944) Jalə Babazadəni (1854), Səbinə Rzalı (1704) isə Aytac Heydərovanı (1907) üstələyib.
Xal durumu: İbrahimova – 2, Fətəliyeva, G.Məmmədova, Məmmədzadə, Balacayeva, Beydullayeva, Z.Məmmədyarova, T.Məmmədyarova, Höccətova – 1,5, Hacıyeva, Babayeva, Rzalı, Söyünlü - 1, Əhmədova, Kətanova, S.Məmmədova, N.Məmmədova – 0,5, Babazadə, Heydərova, Allahverdiyeva – 0.
Bu gün 3-cü turun görüşləri baş tutacaq: G.Məmmədova – İbrahimova, Beydullayeva – Fətəliyeva, Balacayeva – Z.Məmmədyarova, Höccətova – Məmmədzadə, Hacıyeva – T.Məmmədyarova, Söyünlü – Babayeva, Rzalı – S.Məmmədova, Kətanova – Əhmədova, N.Məmmədova – Allahverdiyeva, Babazadə - Heydərova.