Xəbər verdiyimiz kimi, dünən qadın şahmatçılar arasında ölkə çempionatı start götürüb. İlk turda medala iddialılar rahat qələbə qazanıb. Ülviyyə Fətəliyeva (2384) Nərmin Söyünlünu (2008), Gülnar Məmmədova (2357) Ayan Allahverdiyevanı (1948), Zeynəb Məmmədyarova (2355) Ləman Hacıyevanı (1944), Aydan Höccətova (2336) Aytac Heydərovanı (1907), Günay Məmmədzadə (2333) Aynur Kətanovanı (1893), Xanım Balacayeva (2319) Jalə Babazadəni (1854), Türkan Məmmədyarova (2255) Samirə Babayevanı (1842), Gövhər Beydullayeva (2238) Süsən Məmmədovanı (1838), Səbinə İbrahimova (2222) isə Səbinə Rzalını (1704) məğlub edib. Yalnız Nərmin Məmmədova – İradə Əhmədova (1641) görüşündə qalib müəyyənləşməyib.
Bu gün 2-ci turun görüşləri baş tutacaq: Fətəliyeva – Balacayeva, Məmmədzadə - G.Məmmədova, Z.Məmmədyarova – Beydullayeva, T.Məmmədyarova – Höccətova, İbrahimova - N.Məmmədova, Əhmədova – Söyünlü, Allahverdiyeva – Babayeva, Babazadə - Hacıyeva, Heydərova – Rzalı, S.Məmmədova – Kətanova.