
İdman
917
20.02.2018, 00:48
Rafael Ağayev sözünü Dubayda dedi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən karate üzrə “1 Premyer Liqa” turniri başa çatıb. Bütün rəqiblərinə qalib gələn Rafael Ağayev (75 kq) çempion olub. Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) isə bürünc medal qazanıb.