• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Qurban Qurbanov müstəqil Azərbaycanın bir nömrəli məşqçisidi" - "Neftçi"nin məşqçisi

Ölkə futbolu / Manşet / Müsahibə

5-02-2024, 20:0

“Neftçi” futbol akademiyasının məşqçisi İslam Kərimov yanvarın 29-da 57 yaşını tamamladı.

Bu 57 ilin 32-ni paytaxt klubuna sərf edən təcrüəli çalışdırıcı çoxlu uğura imza atıb, bir çox məşhur futbolçunun yetişməsində müstəsna əməyi olub. İslam bəyi təbrik etməklə yanaşı, bəzi mövzular ətrafında söhbətləşdik.

- Artıq uzun illərdi “Neftçi”nin akademiyasında çalışırsız. Burdakı fəaliyyətinizi necə təsvir edərdiz?
- 1992-ci il yanvarın 13-dən bəri “Neftçi” futbol klubunda çalışıram. Artıq burda olmağımdan 32 il keçir. Vaxtilə məni bu kluba mərhum əməkdar məşqçimiz Əhməd Ələsgərov dəvət etmişdi. Onun dəvətiylə bura gəlmişəm. 1999-2001-ci illərdə AFFA-nın sabiq prezidenti, mərhum Fuad Musayevin xahişi ilə U-15 və U-17-ni də çalışdırmışam. Həmin üç ili çıxmaq şərtiylə qalan bütün fəaliyyətim yalnız “Neftçi” ilə bağlıdı. Bu vaxta kimi cəmi iki forma geymişəm - bir “Neftçi”nin, bir də milli komandamızın. Özümü burdan başqa bir yerdə görmürəm. Bu klubla 10 qızıl, 8 gümüş və 7 bürünc medal qazanmışam. Burda məşqçi kimi İtaliyanın Udineze şəhərində çempion olmuşam, Danimarkanın Olborq şəhərində 41 komanda arasında 2-ci yeri tutmuşam. Həyatımı bu kluba bağlamışam. Yəqin ki, ömrümün sonuna kimi də bu klubun sabiq məşqçisi, azarkeşi olacam.

- Bəs son illərdə, tutaq ki, Araz Abdullayev səviyyəsində futbolçuların yetişməsinə nə mane olur?
- Bu klubda yüzlərlə oyunçu yetişdirmişəm. Araz Abdullayev, Mirhüseyn Seyidov, Emin Mehdiyev, Kərim Diniyev və başqalarının adını çəkə bilərəm. Bunların hər biri premyer-liqada çıxış etmiş futbolçulardı. Mənim hazırladığım “Neftçi”nin 17 yaşlılardan ibarət komandasından 2002-ci ildə 8 futbolçu premyer-liqaya vermişdi. Problem tək bizdə yox, hamıdadı. Məşqçiyə bir komandanı verirlər, o da bu komandanı formalaşdırır, növbəti il isə başqa yaş qrupunun məşqçisinə təhvil verir. Həmişə buna qarşı mübarizə aparmışam. Fikrimcə, bir məşqçi bir komanda ilə ən azı üç il işləməlidi. Bu fikir xüsusən də aşağı yaş qruplarına aiddi.

- Ölkə çempionatında “Qarabağ”ın inkarolunmaz hegomonluğuna son qoya biləcək komandanın olmamasının əsas səbəbi nədi? Ümumiyyətlə, çoxları “Qarabağ”ın bu mövsümün də qalibin olacağını düşünür.
- Ümumiyyətlə, “Qarabağ”ın qazandığı bütün bu uğurlar sistemli işinin nəticəsidi. Birincisi, klub Qurban Qurbanova həmişə dəstək olub. O, uzun müddətdi bu komandada işləyir. Klubun öz strategiyası, konsepsiyası var. Ona görə də həmişə sabit çıxış edir. Eyni zamanda, onların menecerləri çox dəqiq işləyir. Komandaya həmişə səviyyəli futbolçular gətiriblər. Hətta həmin oyunçular “Qarabağ”a gələndən sonra özlərini daha da inkişaf etdiriblər. “Qarabağ”ın transferlərini yaxından izləmişəm, yerli oyunçu seçimləri doğru aparılır. Toral Bayramovla Nəriman Axundzadəni buna nümunə kimi göstərə bilərik. Hər iki futbolçu Lənkərandan gətirildi. Məsələn, Elvin Cəfərquliyev öncə “Qəbələ”də, sonra “Keşlə”də çıxş etsə də, o qədər də parlaq oyunla yadda qalmamışdı. Amma “Qarabağ”a keçəndən sonra inkişaf etdi. Yəni bu kluba qoşulan hər futbolçu öz məsuliyyətini dərk edir. Bu da birbaşa Qurban Qurbanovun işə ciddi yanaşması ilə bağlıdı. Yeri gəlmişkən, 1992-ci ildən Qurban müəllimin fəaliyyətiylə tanışam. O, daim öz üzərində çalışan biridi. Düşünürəm ki, müstəqil Azərbaycanın bir nömrəli məşqçisidi. Düzgün aparılmış siyasətin nəticəsidi ki, klub uzun müddətdi çempionluğu əldən vermir. O kollektivdə hər kəs öz işinə vicdanla, məsuliyyətlə yanaşır və verilən tapşırıqları layiqincə icra edir.

- “Neftçi” akademiyası olaraq, futbolçu yetişdirməkdə qarşılaşdığız ən böyük problem nədi?
- İnidiki vaxtda “Qəbələ” akademiyasından sonra ən gözəl şərait “Neftçi”dədi. İsmət Qayıbov adına bazada dörd meydança var, bunlardan biri üstübağlıdı. Akademiyada çalışan məşqçilər AFFA-nın məşqçi kateqoriyası üzrə kurslarında iştirak edib. “Neftçi”də belə bir qayda var ki, komandanın bütün oyunlarına uşaq futbol komandasının məşqçiləri və uşaqlardan ibarət kollektivi cəlb edilir. Bu gözəl addımdı. Qalan komandalar da bunu nümunə kimi götürməlidi. Problemə gəlincə, sistem düzgün deyil. İstedadlı məşqçiyə şərait yaradılmalıdı ki, komandasıyla 3-4 il işləyə bilsin. Təsəvvür edin ki, 10 yaşlı uşağı yetişdirib təhvil verirsən, sonra isə həmin uşaq yuxarı yaş qruplarına keçdikcə itib-batır. Əsas problemimiz keçid dövrü ilə bağlıdı. Bunun da bir ucu bəzi məşqçilərin yetərincə maarifləndirilməməsinə gedib çıxır.

- Akademiyanın rəhbəri Cemal Bülbüllə anlaşa bilirsizmi?
- Normal münasibətimiz var. İşimə peşəkarlıqla yanaşıram. Hər həftənin əvvəlində akademiyanın həftəlik proqramını tərtib edirəm və əlaqələndiriciyə göstərirəm. O, imza atandan sonra həftəlik məşqimi keçirəm. Bildiyiniz kimi, hər həftənin sonunda bizim akademiyada iclas olur, arxada qalan oyunlar barədə məruzə edirik. Hansı futbolçular da oyunlarda yaxşı çıxış edibsə, 5 ballıq sistemlə onları qiymətləndiririk. Ümumiyyətlə, bizim akademiyada məşqçilərə nəzarətə ehtiyac yoxdu. Çünki hər kəs öz işini bacarır və məsuliyyətlə yanaşır.

- Əsas komanda barədə nə düşünürsüz?
- Əsas komandanın bütün oyunlarını izləyirəm. İndiyə kimi heç bir vaxt “Neftçi”nin ev oyunlarına evdə baxmamışam. Klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Çünki stadionda məşqçilər üçün xüsusi yer ayrılıb. Son vaxtlar komandada eniş var idi. Lakin yeni baş məşqçinin gəlişiylə vəziyyət dəyişib. Komandada ruh yüksəkliyinin olduğu görünür. Fərrux Mahmudovun gəlişindən sonra isə böyük dəyişikliklər olduğunu görürük. Xatırlatmaq istəyirəm ki, Fərrux müəllimin kollektivində Zaur Əzizov, Səbuhi Rzayev kimi savadlı kadrlar var. Hesab edirəm ki, “Neftçi” qarşıya məqsəd kimi qoyulmuş 2-ci yerə nail olacaq. Komandanın hədəfi kubok qazanmaqdı. Təəssüf ki, son vaxtlar “Neftçi”dən milli komandaya az oyunçu dəvət alır. Amma inanıram ki, yaxın gələcəkdə bu komandanın oyunçularının səs-sorağını Avropada eşidəcəyik.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

15-05-2023, 18:0

“Neftçi” Futbol Məktəbinin Qara Qarayev filialının açılış mərasimi olub

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə