Sabah Rusiyanın paytaxtı Moskvada şahmat üzrə “Aeroflot Open” turniri start götürəcək. İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq yarış A, B və C turnirlərindən ibarətdi. Fevralın 28-dək davam edəcək festivalda ölkəmizi üç şahmatçı təmsil edəcək. 94 zəka sahibinin yer aldığı A turnirində Rauf Məmmədov (2709) mübarizə aparacaq. Yığma üzvü əmsalına görə yalnız Vladimir Fedoseyev (Rusiya, 2724), Quyrati Vidit Santoş (Hindistan, 2723) və Dmitri Andreykindən (Rusiya, 2712) geri qalır. 117 iştirakçısı olan B turnirində reytinq-favorit Mixail Mozarovdu (Rusiya, 2539). Bu yarışda Vüqar Əsədli (2449) və Nərmin Xələfova (2234) uğur qazanmağa çalışacaq.