Bu gün ölkə kubokunun 1/4 final mərhələsinə start verilib.
"Football-plus.az" xəbər verir ki, iki gün ərzində keçirilən oyunların hamısını “CBC Sport” canlı yayınlayıb.
Ölkə kuboku
1/4 final, ilk oyunlar
31 yanvar
Araz-Naxçıvan – Qəbələ 1:1
Elvis Maşike, 45 - Samuel Tetteh, 11
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı, “Dalğa Arena”. Saat 16.00
Sumqayıt – Neftçi 2:3
Elvin Bədəlov, 60, Kasmir Ninqa, 89 - Yeqor Boqomolski, 29, Emin Mahmudov, 44-p., 45+2
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt, “Kapital Bank Arena”. Saat 19.00
Bu matç prinsipiallığıyla seçiləcək. Çünki Samir Abasov “Neftçi”yə uduzmağı xoşlamır. Bəs bunu necə bacaracaq? Axı baş məşqçi qış “tranfser pəncərəsi”ndə yeni futbolçularla müqavilə imzalanmadığına görə narahatdı. Digər tərəfdən, komandanın zədəli futbolçuları var. Nəzərə alaq ki, “kimyaçılar”ın premyer-liqada işləri yolunda gedir. “Gənclik şəhəri” təmsilçisi çalışacaq ki, kubokda da yoluna davam etsin. “Neftçi”də də dirçəliş var. Bacarıqlı legionerlərlə güclənən “ağ-qaralar” səfərdən qələbə ilə dönmək üçün əlindən gələni edəcək. Qeyd edək ki, bakılılar bu rəqibə kubok matçında heç vaxt güc gələ bilməyib. Daha dəqiqi, əvvəlki duellərin ikisində də “Sumqayıt” mərhələ adlayıb.
Xatırladaq ki, 1/4 final mərhələsinin cavab görüşləri fevralın 6-7-də keçiriləcək.
30 yanvar
Səbail – Zirə 1:2
Aleksandr Ramalinqom, 70 - Anas Najah, 48-öz qapısına. Ruan Renato, 60
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Bakı, “ASCO Arena”. Saat 15.00
Sabah – Qarabağ 1:7
Cesse Sekidika, 64 - Hamidu Keyta, 21, Olavio Juninyo, 28, 55, Nəriman Axundzadə, 45+3, Abdullah Zubir, 76, 90+3, Adama Diakabi, 87
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı, “Bank Respublika Arena”. Saat 19.00
KƏNAN BAHADIR
"Dalğa Arena"da sülh, "Neftçi"dən qələbə - YENİLƏNİB
Ölkə kuboku / Manşet


