Fevralın 19-dan 25-dək Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Stranca” turniri təşkil olunacaq. 69-cu dəfə keçiriləcək yarışda həm kişilər, həm də qadınlar 10 çəki üzrə qalibləri müəyyənləşdirəcək. Ölkəmizi “Stranca”da yalnız kişilərdən ibarət yığmamız təmsil edəcək. Millimiz Sofiyaya 7 boksçu ilə yollanır. Yarışda ölkəmizi Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədli (91 kq) təmsil edəcək. Fikrət Hacıyev isə ədaləti qoruyacaq. Turnirə 34 ölkədən 300-dən artıq boksçunun qatılacağı gözlənilir.